Yuxarı

CENTCOM Yaxın Şərqin xəritəsini dəyişdi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
CENTCOM Yaxın Şərqin xəritəsini dəyişdi - Foto

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) komandanın Yaxın Şərq səfəri ilə bağlı paylaşımında regionun xəritəsini dəyişib.

Axar.az xəbər verir ki, bunu CENTCOM-un X sosial şəbəkəsindəki paylaşımı və istifadəçilər tərəfindən saxlanılan ilkin versiyanın görüntüləri göstərir.

İlkin xəritədə Qəzza zolağı və İordan çayının Qərb sahili vizual olaraq İsrail ərazisinə daxil edilmişdi. Yenilənmiş versiyada isə İsrail və Fələstin əraziləri ətrafındakı sərhədlər fərqli şəkildə göstərilib.

Paylaşım CENTCOM komandanı admiral Bred Kuperin Yaxın Şərq ölkələrinə 10 günlük səfərini başa çatdırmasına həsr olunub. Səfər çərçivəsində o, Bəhreyn, İraq, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və BƏƏ-də olub, həmçinin Ərəbistan dənizində xidmət aparan ABŞ-ın "USS Avram Linkoln" aviadaşıyıcısına baş çəkib.

CENTCOM xəritənin dəyişdirilməsinin səbəbləri ilə bağlı rəsmi açıqlama verməyib.

Tarix
2026.08.16 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla