Yuxarı

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlandı

Fizika üzrə Nobel mükafatı laureatının adı məlum olub.

Axar.az xəbər verir ki, builki mükafatı Frensis Halzen qazanıb.

O, bu mükafata "IceCube" Neytrino Rəsədxanasına həlledici töhfələrinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə layiq görülüb.

Məlumat üçün bildirək ki, F.Halzen 1944-cü ildə Belçikanın Brügge şəhərində anadan olub.

Fizik uzun illərdir, Viskonsin-Medison Universitetində hissəcik fizikası, astrofizika və kosmologiya üzrə fəaliyyət göstərir. F.Halzen Antarktidadakı "IceCube Neytrino" Rəsədxanasının yaradılmasında əsaslı rol oynayıb və hazırda layihənin baş tədqiqatçısıdır.

Adıçəkilən rəsədxana Antarktidanın Cənub qütbündə yerləşən nəhəng neytrino detektorudur. O, buzun təxminən 1,5–2,5 kilometr dərinliyində yerləşdirilmiş minlərlə optik sensor vasitəsilə kosmosdan gələn yüksək enerjili neytrinoları aşkar edir. Rəsədxananın əsas məqsədi kainatdakı yüksək enerjili hadisələri və kosmik şüaların mənbələrini öyrənməkdir.

Qeyd edək ki, Nobel həftəsi oktyabrın 5-dən 12-dək davam edəcək. Belə ki, oktyabrın 5-də fiziologiya və ya tibb üzrə, bu gün isə fizika üzrə mükafatın laureatları elan olunub. Oktyabrın 7-də kimya, 8-də ədəbiyyat, 9-da Nobel Sülh mükafatı laureatının adı elan ediləcək. İqtisadiyyat üzrə Nobel mükafatı laureatının adı isə oktyabrın 12-də açıqlanacaq.

Tarix
2026.10.06 / 14:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla