Yuxarı

Azərbaycanın baş qumarbazı 334 min avro uddu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın baş qumarbazı 334 min avro uddu - Video

Son illər ərzində Azərbaycanda poker üzrə peşəkar oyunçular zümrəsi formalaşıb ki, onlar artıq beynəlxalq turnirlərdə iştirak edilər və bəzən qələbə də qazanırlar. Yəqin ki, ölkənin ən məşhur və adlı-sanlı qumarbazı Ramin Hacıyevdir. O, bu günlərdə Maltada keçirilmiş turnirdə 334 min avro qazanıb.

Axar.az Virtualaz.org-a istinadla xəbər verir ki, oktyabrın sonlarında Ramin Hacıyev Maltada keçirilən Avropa Poker Turunun sonuncu mərhələsinin final masası arxasına əyləşmək hüququ qazanmış altı oyunçudan biri olub. Qeyd edək ki, TOP-6 sırasına düşməyin özü hər bir oyunçuya 98700 avro mükafat qazandırır. Bu azmış kimi, Ramin Hacıyev poker ictimaiyyəti tərəfindən bu mərhələnin hayrolleri adlandırılıb. Poker terminologiyasından baş çıxarmaqda çətinlik çəkən oxucularımıza bildirək ki, hayroller dedikdə inanılmaz yüksək limitlərdə oynamaq bacarığı olan və çox böyük məbləğlərdə “stavka” edən oyunçular nəzərdə tutulur. Belə insanlar üçün bir neçə saat ərzində yarım milyon, bəzən isə 1 milyon dollar uduzmaq adi işdir. Halbuki, bəziləri üçün bu qədər pulu qazanmağa bir ömür də bəs etməyə bilər.

Azərbaycanlı qumarbaz yarışın yalnız həndz-ap (yalnız iki oyunçunun iştirak etdiyi) mərhələsində Yeni Zelandiya təmsilçisinə uduzub.

Final masasının yekunu: Devid Yan - €465800, Ramin Hacıyev - €334400, Aleksey Xoroşenin - €217400, Maks Silver - €164030, Nikita Bosyakovski - €127400, Ole Şemion - €98740.

Tarix
2016.12.03 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

Savadlı danışıq, xəbər dilində məsuliyyət... - Təlim

Əgər QRU generalı Moskvanın mərkəzində güllələnirsə...

Bayramov İshaq Dara zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla