Yuxarı

Ədən körfəzində dünyanın hərbi baza yarışı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ədən körfəzində dünyanın hərbi baza yarışı

Qırmızı dənizin Ədən körfəzi ilə birləşdiyi nöqtədə yerləşən Cibuti Respublikası bölgədə nüfuzunu artırmaq istəyən xarici dövlətlərin yarış meydanına çevrilib.

Axar.az xəbər verir ki, olduqca strateji bölgədə yerləşən Cubitidə bir neçə ölkənin – ABŞ, Fransa, İtaliya və Yaponiyanın hərbi bazası var. Çin və Səudiyyə Ərəbistanı da bu Şərqi Afrika ölkəsində hərbi varlığını yaratmaq istəyir.

23,2 min kvadrat kilometr ərazisi, 846 min əhalisi olan Cibuti dünyada ticarət gəmilərinin ən çox istifadə etdiyi istiqamətlərdən biridir.

Rəsmi Ər-Riyad cənub qonşusu Yəməndə davam edən müharibə səbəbindən Cibutidə baza yaratmağı düşünür. Cibutinin Xarici İşlər naziri Mahmud Əli Yusif ötən həftə verdiyi açıqlamada Ər-Riyadla baza yaratmaq üçün ilkin razılıq əldə olunduğunu açıqlayıb.

Çin də ötən il aparılan danışıqlardan sonra Cibuti ilə baza qurmaq barədə razılığa gəlib. Rəsmi Pekin Səudiyyə Ərəbistanından öncə, 25 fevralda ölkə xaricində ilk hərbi təsisini quracağını elan edib. Çin hərbi bazanın ərazisini 10 illik icarəyə götürüb. Rəsmi Pekinin Afrika ölkəsinə təxminən 10 min canlı qüvvə göndərəcəyi gözlənilir.

Hazırda Cibutidə ən böyük hərbi baza ABŞ-a məxsusdur. Vaşinqtonun burada 4 min hərbçisi var.

2001-ci ildə qurulan baza Somali və Yəməndə aparılan anti-terror əməliyyatları üçün çox böyük önəm daşıyır. ABŞ bazanın icarəsi üçün hər il Cibutiyə 63 milyon dollar pul ödəyir.

Fransanın keçmiş müstəmləkələrindən olan bu ölkədə hələ də fransız hərbçiləri var. Rəsmi Parisin qurduğu bazada 1900 nəfər xidmət edir.

Bütün bunlarla yanaşı, Cibutidə Avropa Birliyi ölkələrinin dəniz quldurluğu ilə mübarizə məntəqəsi (Atlanta) adlanan hərbi quruluşu da fəaliyyət göstərir. Burada Almaniya, Belçika, İspaniya, Fransa, Yunanıstan, Hollandiya, İngiltərə və İsveç hərbçiləri xidmət edir.

Tarix
2016.12.09 / 20:33
Müəllif
Hacı Qulu
Digər xəbərlər

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla