Yuxarı

Ermənilər Qarabağda “naməlum obyekt” tapdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Qarabağda “naməlum obyekt” tapdı - Foto

Ermənilər işğal altındakı Azərbaycan torpaqlarının bütün yeraltı, yerüstü sərvətlərini talan etməkdə, maddi-mədəniyyət abidələrinin üzərinə erməni yarlığı vurmaqda davam edirlər. Ancaq işğalçılar son zamanlar Qarabağda rast gəldikləri nadir tapıntılardan o dərəcədə şoka düşüblər ki, hələ onunla bağlı ortaya iddia qoymağa çətinlik çəkirlər.

Musavat.com xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı rejimin “turizm idarəsnin rəisi” Sergey Şahverdiyan məlumat yayıb.

Erməni separatçı Dağlıq Qarabağ ərazisində rastlaşdığı sirli daş plitələrdən bəhs edib və onların fotolarını da təqdim edib. “Bizim əməkdaşlarımız Artsaxın bölgələrindən birində bunları aşkar ediblər. İndi baş sındırırıq ki, bu, nə ola bilər”-Şahverdiyan iddia edib.

O, bildirib ki, hələlik çalışmaları fayda verməyib. Belə ki, “bu daşların təyinatı və hazırlanma tarixi bəlli deyil”. S.Şahverdiyan onlarla belə nadir daşların tapıldığını deyib. Bu məlumat ermənilərin böyük marağına səbəb olub və sosial şəbəkədə geniş müzakirələr aparılır.

Göründüyü kimi, bu dəfə “daş qayaya rast gəlib”. Tarixi saxtalaşdırmaq azarına tutulmuş ermənilər hələ ki, Azərbaycanın bu qədim bölgəsindəki növbəti nadir tapıntıları “özününküləşdirməyin” yollarını tapa bilmirlər. Erməni mediası isə Dağlıq Qarabağdakı daş tapıntıları “uçan naməlum obyektlər”ə bənzədib.

Azərbaycanın müvafiq qurumlarının bu faktlarla bağlı beynəlxalq qurumlara müraciət etməsi, tarixçilərin və arxeoloqların həmin bu daş abidələrlə bağlı açıqlamalar verməsi ermənilərin cəhdlərinin qarşısını ala bilər.

Tarix
2016.12.20 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla