Tvitter sosial şəbəkəsində terrorçu olması ilə bağlı
tvit atan qız Rotterdamı qarışdırdı.
"Axar.az" "The İndependent" qəzetinə istinadən
xəbər verir ki, Hollandiyanın paytaxtı Rotterdam şəhərində yaşayan
14 yaşlı qız "American Airlines"ə terrorçu olması ilə bağlı tvit
atıb. Qızın bu "zarafat"ı ona baha başa gəlib.
Əfqanıstan vətəndaşı və "Əl-Qaidə" terror təşkilatının üzvü
olduğunu deyən qız hava yolu şirkətinə təhqir dolu mesajlar
göndərib. Sosial şəbəkə istifadəçiləri tərəfindən təkrar paylaşılan
mesajlar şirkəti hərəkətə keçməyə məcbur edib. Hərəkətə keçən
Federal Tədqiqatlar Bürosu (FTB) qızın Əfqanıstanda deyil,
Hollandiyada yaşadığını aşkarlayıb. Qızın Tvitter ləqəbinin Sara
(Sarah) olduğu deyilir.
Yerli mətbuat 14 yaşlı Saranı İP koduna əsasən müəyyən
edildiyini deyir. Qızın son mesajı isə maraqlı olub: "Bu mən
deyildim. Dostum idi. Mənim İP-mi ələ keçirib yazırdı. Mən
Əfqanıstandan deyil, Hollandiyadanam".
Xatırladaq ki, "American Airlines"in Tvitterdə 800 mindən artıq
izləyicisi (follover) var.