Yuxarı

Dəli dahi: keçi kimi tullanır, gözətçini Bismark bilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəli dahi: keçi kimi tullanır, gözətçini Bismark bilir

"DƏLİ DAHİLƏR" LAYİHƏSİNDƏ:

Divanəlik və istedad arasındakı bağlılıqdan çox danışılıb. Biz onları təkrarlamaq istəmirik. Ancaq istedadlı divanələr tamamilə ağıllı bəşriyyətə çox böyük, həm də olduqca pozitiv təsir göstəriblər. Dünya fikir tarixinə nəinki təkcə gözəl ədəbi əsərlər, həm də dahiyanə yaradıcılıq tapıntıları bəxş etmiş bu şəxsiyyətlərin bədii örnəklərini psixi baxımdan tamamilə sağlam, lakin o qədər də istedadlı olmayan qələm sahibləri az və ya çox uğurla yamsılamış, onlara bənzəməyə çalışmışlar. Bu ənənə dünya durduqca beləcə də davam edəcək.

Axar.az belə yazarların xəstəlik tarixçəsini və bəşəriyyətə bəxş etdikləri dəyərləri silsillə şəklində oxucularına təqdim edir.

Fridrix Vilhelm Nitşe (1844-1900), alman filosofu

Diaqnoz

Qarışıq şizofreniya (tərcümeyi-halının əksər variantlarında qeyd edilən daha ədəbi variant – psixi tutmalar).

Simptomları

Allahlıq iddiası (məktublarında yazırdı: "İki aydan sonra mən Yer üzündə birinci adam olacam", tələb edirdi ki, divarlardan şəkilləri götürsünlər, çünki onun mənzili "ibadətgahdır"); mühakimə qabiliyyətinin pozğunluğu (şəhərin mərkəzi meydanında atla qucaqlaşır və bununla da küçə hərəkətinə mane olurdu); güclü baş ağrıları; qeyri-adekvat davranış tərzi. Nitşenin tibb kartında xüsusi vurğu ilə qeyd edilir ki, xəstə çəkməsindən sidik içir, aydın olmayan səslər çıxarır, xəstəxana gözətçisini Bismark hesab edir, qapının üzərində sındırılmış stəkan şüşələri ilə barrikada düzəltməyə çalışır, döşəmədə yatır, keçi kimi tullanır, ağız-burnunu əyir və sol çiynini qabağa atır.

Xəstəlik tarixi

Nitşe bir neçə dəfə apopleksiyaya (beynə qan vurması nəticəsində iflic) məruz qalıb; ömrünün son 20 ili psixi pozğunluqdan əziyyət çəkib (ən əhəmiyyətli əsərləri də, məsələn, "Zərdüşt belə deyib" məhz bu dövrdə yaranıb), onun 11 ilini xəstəxanada keçirib, evdə isə anası qayğısına qalırdı. Vəziyyəti daima pisləşirdi – həyatının lap sonlarında flosof yalnız sadə ifadələr qurub danışa bilirdi.

Bəşəriyyətə bəxş etdiyi ideyalar

Fövqəlbəşər ideya (nə qədər paradoksal olsa da, məhz keçi kimi tullanan və sol çiynini qabağa atan bu adam bizdə xeyirxahlıq və qəddarlığın "o biri tayında mövcud olan" müstəqil, əxlaqlı, kamil, şəxsiyyət kimi assosiasiya edilir). Yeni əxlaq ideyası (qulların əxlaqı əvəzinə tanrı əxlaqı): sağlam əxlaq insanın hakimiyyətə olan təbii ehtirasını mədh etməli və möhkəmləndirməlidir. Hər cür başqa əxlaq xəstə və düşkünlüyə məhkumdur.

Faşizm ideologiyası

Xəstələr və zəiflər məhv olmalıdırlar, güclülər qalib gələcək ("Yıxılanı itələ!"). "Tanrı ölüdür" ehtimalı.

Fridrix Vilhelm Nitşe 1844-cü ilin 15 oktyabrında Almaniyanın keçmiş Prussiya, indiki Saksoniya əyalətinin Lützen şəhəri yaxınlığındakı Rocken kəndində anadan olub. Atası Karl Lüdviq Nitşe, Lüteran kilsəsinin keşişi (1813–1849), anası isə Fransiska Nitşe (1826–1897) idi. Hər iki valideyni protestant ailəsindən idilər. Nitşe anadan olduğu gün Prussiya kralı IV Fridrix Vilyamın taxta çıxdığı günlə eyni vaxta təsadüf edir. Atası yeni doğulmuş oğluna ad tapmaqda elə də çətinlik çəkmir. Oğlunun anadan olduğu günün ölkə tarixində önəmli olduğundan, ona kralın adını verir. Nitşe isə həmişə deyirdi ki, mən xoşbəxt adamam, çünki ad günümü bütün ölkə keçirir. Ad günüm gələndə geniş el şənlikləri keçirilir. Nitşenin uşaqlıq illəri rəngarəng keçir. Hələ özünü dərk edəndən Nitşe fəlsəfəyə, musiqiyə və ədəbiyyata maraq göstərir. Ancaq onun həyatında fəlsəfənin xüsusi yeri olur. Onun dünya görüşünün formalaşmasında Sokratdan öncəki filosofların: Heraklitin və Stoiklərin təsiri böyükdür. Tələbə olarkən Nitşe klassik filologiyanı öyrənir. Onun həyatına təsir edən digər önəmli nöqtə isə Şopenhauerin "Dünya, iradə və təsəvvür kimi" əsəri olub. Onun fikrinə görə, bu kitab məhz onun üçün yazılıb. Nitşe yazırdı ki, mən bu kitabı oxuyanda müəllifi qarşımda görürəm. Sonra Nitşe Şopenhauer fəlsəfəsinin aşiqinə çevrilir. Özünün də dediyi kimi, o, Şopenhauerin pessimizminə ehtiyac duyurdu. Nitşeyə təsir edən ikinci tanışlıq isə bəstəkar Riçard Vaqner ilə olan tanışlıqdır. Bəstəkar-filosof atasına çox oxşayarmış, hətta altmış yaşında imiş. Bir müddət sonra Nitşe bəstəkarla daha bir ortaq nöqtələrini tapır; Riçard da Şopenhauer aşiqi idi.

1869-cu ildə İsveçrədəki Bazel Universitetində professor kimi klassik filologiyadan dərs demək üçün dəvət alır. Nitşe həm də fəlsəfə dərsi deyirdi.

Bir il sonra 1870-ci ildə Almaniya ilə Fransa arasında müharibə başlayır. Nitşe yaralılara kömək etmək üçün könüllü olaraq müharibəyə yollanır.

Ekspertlərə görə, müharibə Nitşenin dünya görüşünə təsir edən üçüncü fenomen olub. Müharibədən gələndən sonra o, "Musiqinin ruhundan faciənin doğuluşu" kitabını yazır. Sonra isə "Vaxtında deyilməmiş fikirləri"ni qələmə alır.

1879-cu ildə Nitşe səhhəti ilə əlaqədar işdən ayrılır. Kiçik təqaüdlə evində xəstə yatır. 1889-cu ildə at arabası qəzasında yaddaşını itirir. Və 25 avqust 1900-cü ildə dünyasını dəyişir.

Nitşe və faşizm

Şübhəsiz ki, Nitşedən təsirlənmiş ən böyük hərəkat faşizm olub. Faşistlərdə Nitşe marağının səbəbi onun "üstinsan"ı arzulaması (hansı ki, Hitler bunu üstün irq kimi başa düşürdü), onun həyat uğrunda mübarizəyə dəstək olması və ölümündən sonra çap olunmuş "Hakimiyyət əzmi" kitabına nasist başçısının etdiyi dəyişiklərdir.

Nitşe və psixoanaliz

Nitşenin psixoanalizmindən Karl Yunq, Alfred Adler və Ziqmund Freyd kimi alimlər təsirlənib. Ziqmund Freyd onun haqqında deyirdi: "Nitşeyə qədər heç kim özünü təhlil etməyi bu qədər yaxşı bacarmamışdı və çox güman, bacaranlar bir daha çətin tapılsın".

Nitşenin dediklərindən

Qadını qadının içində azadlığa qovuşdurmalı!

Səni sevirəmsə, bundan sənə nə.

İnsanlar bərabər deyillər.

Uçurumları sevənin qanadları olmalıdır.

Nəsənsə "O" ol!

Zəiflər bizlərə öz gücümüzdən utandırdıqları üçün qalib gəldilər.

İnanc həqiqəti bilmək istəməməkdir.

Şübhə yox, mütləqlikdir insanı dəli edən.

Sənət həqiqətən daha dəyərlidir.

Mən iki insanın daha böyük həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşqi düşünürəm.

Ölümün axırıncı yaxşılığı daha ölümün olmamasıdır.

Məni öldürməyən şey məni daha da gücləndirir.

Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır.

İnanclar həqiqət düşməni olaraq yalanlardan daha təhlükəlidir.

Ruh axtaran adamda heç ruh yoxdur.

Hündür bir dağda buz içində yaşamaqdır fəlsəfə.

Həmişə öyrənci qalan insane, deməli, öz müəlliminə borcunu pis ödəyir.

Özünü elmə həsr edən insanın təkcə düşmənini sevməsi yetməz, o dostuna da kin duya bilməlidir.

Nihilizm nə deməkdir - ən yüksək dəyərlərin özlərini dəyərdən salması.

Harda canlı tapdımsa, orda güc iradəsi tapdım, xidmət edənlərin iradəsində belə ağalıq etmək iradəsi gördüm.

İnsanlar işığın ətrafında toplanarlar - daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün.

Elmə sahib olmaq əlinizdən gəlmirsə, heç olmasa elm savaşçıları olun.

Özün ala biləcəyin haqqı buraxma sənə versinlər.

Gözləmək - insanı əxlaqsız edir.

Bütün mühakimə edənlərin gözündən bir cəllad baxar.

Mədəniyyət tərəfindən yox edilmə təhlükəsiylə qarşı-qarşıya olan bir mədəniyyət dövrünü yaşayırıq.

İnsan qəhqəhələrlə güldüyü zaman, kobudluğu ilə bütün heyvanları geridə buraxır.

Siz yüksəlmək üçün yuxarıya baxarsınız, mənsə aşağıya baxaram, çünki yüksəlmişəm.

Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.

Qadının necə bir nemət olduğunu bütün dərinliyi ilə dərk etmək gərəkdir.

Ağrı deyir: "Yıxıl!"

Hər şey bir-birindən daha gərəklidir.

Küləyə qarşı tüpürməkdən çəkinin.

İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir.

Ən yaxşı müəllif o olacaq ki, o, yazıçı olmaqdan utanır...

Tarix
2014.05.28 / 23:25
Müəllif
Axar.az
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla