Yuxarı

Bəşər tarixinin ən böyük kitabı: 11 milyon dollar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

435 akvarel rəsm

Əntiq əşyalar auksionunda ən bahalı seriyalı nəşr hələ ki Con Ceyms Odübonun "Amerika quşları" kitabıdır. Bu işin sərrafları adı çəkilən kitabı bəşər tarixinin ən böyük illüstrasiyalı kitabı hesab edirlər. Dörd "nəhəng" cilddən ibarət olan bu kitabda əllə rənglənmiş 435 akvarel rəsm var. Rəsmlər 99x66 sm ölçüsündədir.

Əvvəlcə "Quşlarla" Şotlandiyanın "W.H.Lizars" nəşriyyatı məşğul olur, ancaq çox tezliklə məlum olur ki, bu nəşriyyatın koloristləri (şəkildə boyaları düzməkdə mahir olan rəssam) belə möhtəşəm bir işin öhdəsindən gələ bilmir və sifariş Londonun Robert Havell & Son nəşriyyatına ötürülür. 1827-ci ildə hazırlanmağa başlayan kitab yalnız 1838-ci ildə hazır olur.

İlk nəşrindən bir neçə il sonra "Amerika quşları" Amerikada daha sadə formatda, 165x260 mm ölçüdə və artıq mətbəədə çap edilmiş şəkillərlə çıxır. Yoxlanılmamış məlumatlara görə, kitab bu şəkildə 7 dəfə yenidən nəşr edilir. Amma, əlbəttə ki, "bu, artıq o deyildi".

Yalnız abunə yolu ilə

Tədqiqatlar göstərir ki, "Amerika quşları" 175-200 nüsxədə buraxılıb. Bu nüsxələr, aydındır ki, yalnız əvvəlcədən müəyyən edilmiş abunəçilərə satılıb. Dəqiq məlumdur ki, onlardan 119-u bu günümüzədək qorunub saxlanlıb. Həmin nüsxələri görənlər deyirlər ki, illüstrasiyalar əvvəlki gözəlliklərini qoruyub saxlayıb.

Bu kitabın ən pik qiyməti 11.5 milyon dollar təşkil edib – 2010-cu ilin dekabrında "Sotbis" hərracında (dünyanın ən qədim hərrac evi – red.) bu qiymətə vaxtilə paleobotanik (paleontologiyanın qazıntı halında tapılan bitkiləri öyrənən şöbəsi) Henri Uizemə məxsus olmuş nümunələr satılmışdı. Maraqlıdır ki, 1951-ci ildə kitab Uitemlər ailəsinin tərk edəndə - londonlu diler Uilyam Robinson onu lord Hesket üçün alır - 30000 $ idi. Bu dəfə "Quşlar" Londonun başqa bir dilerinə, Maykl Tollemaşa qismət olub. O, əldə etdiyi tapıntı barədə belə bir şərh vermişdi: "Məncə, bu kitab qiymətsizdir. Elə deyilmi?"

Fetişizmə bərabər bir ehtiras

Sözsüz ki, qiymətlərin belə yüksək olmasında hər şeydən çox ilk sahibkarın müəlliflə şəxsən tanış olması faktı da çox rol oynayıb: məlumdur ki, Odübon "Amerika quşları"nın abunəçiləri ilə, o cümlədən Uizemlə də görüşüb və hətta onunla içki məclisini də bölüşüb. İllüstratorun məktublarında bunu təsdiqləyəcək məqamlar var.
2012-ci ilin əvvəlində Sotbisdə "Amerika quşları"nın başqa bir nüsxəsi hərraca qoyulur. Bu nüsxənin də rekord vuracağı gözlənilirdi. Bu kitab IV Portland hersoqu, britaniyalı siyasətçi, təbiət elmlərinin məşhur həvəskarı Uilyam Henri Kavendişin (Kavendiş-Skott-Benntik) (1768-1854) mülkiyyəti idi. Ancaq gözləntilər özünü doğrultmadı – o, "cəmi" 7 922 500 $-a satıldı.

Mütləq rekord

Nadir – yeganə nüsxə ilə çıxan nəşrlərə gəldikdə isə onların qiyməti daha yüksək olur. Mütlləq qiymət rekordu Leonardo da Vinçinin 1510-cu ildə tamamlanmış 72 səhifəlik əlyazmasından ibarət olan "Su, torpaq, səma məsələlərinə dair traktat" (The Codex Leicester, Leonardo da Vinci) əsəridir. Yeri gəlmişkən, bu kitab daha çox "Lester kodeksi" adı ilə tanınır – kitab 1717-ci ildə onu satın qraf Lesterin şərəfinə belə adlandırılır. Maraqlıdır ki, Leonardonun qeydləri xüsusi üsulla, onun özünəməxsus "güzgülü" şriftlərilə yazılıb – onları yalnız güzgünün köməyi ilə oxumaq olar.

1994-cü ildə manuskript (qədim əl yazması) "Kristis" hərrac evində 30.8 mln. dollara satılıb. Alıcı isə məşhur Bill Qeyts olub. Bu gün onun qiyməti 44 mln. dollardır. Sahibkarın təşəbbüsü ilə "Lester kodeksi" daima ayrı-ayrı muzeylərdə sərgilənir.

Tarix
2014.06.01 / 03:50
Müəllif
Əminə Xatun
Digər xəbərlər

Paşinyan İTV-nin sualına belə cavab verdi - Video

Sülh sazişinin bəzi bəndləri açıqlandı

Əmin olmaq istəyirik ki, Bakının niyyəti... - Paşinyan

Vüsal Məmmədov işdən çıxarıldı

"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - Foto

Ərdoğanla Zelenskinin görüşü başa çatdı - Foto

Azay Quliyev Rumıniyadakı prezident seçkilərini izləyəcək

Onlar beş nəfərdən ibarət ailəni vəhşicəsinə öldürdü...

Əliyevin parada qatılmamasına Rusiyadan reaksiya

Zaxarovadan hərbçilərimizin paradda iştirakına münasibət

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla