Yuxarı

İsraildən “evləri tərk edin” xəbərdarlığı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Qəzzanın bölgə əhalisinə evləri tərk etməklə bağlı xəbərdarlıq edib.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail təyyarələri Qəzzanın şimalında yerləşən Beyt Lahya bölgəsinə broşürlər atıb. Həmin broşürlərdə İsrail istiqamətinə raketlərin atıldığı bölgələrə hava hücumunun olacağı haqda xəbər verilib. Ordu Beyt Lahyadakı bəzi bölgələrin azad edilməsi tələbini də irəli sürüb.

"Beyt Lahya sakinlərinə hərbi bildiriş" başlıqlı broşürlərdə aşağıdakı ifadəyə yer verilib:

"İsrail ordusu torpaqları istiqamətində atılan raketlərin yerləşdiyi bölgələrdə "terror ünsürləri" və ona aid infrastrukturları vurmaq üçün şiddətli hava hücumu keçirəcək. Həmin bölgələr: Əl-Tatradan əs-Selatin küçəsi ilə Cəbaliyə düşərgəsinin şərq və qərb əraziləridir. Təhlükəsizliyiniz üçün evlərinizi tərk edin".

Xatırladaq ki, İsrail "Qoruyucu xətt" əməliyyatını başlatdığı tarixdən etibarən Qəzzaya təşkil etdiyi hücumlarda 163 adam həyatını itirib, 1085 nəfər yaralanıb.

Tarix
2014.07.14 / 19:30
Müəllif
Nigar Məmmədova
Digər xəbərlər

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

Yekaterinburq məhkəməsindən Bakir Səfərovla bağlı qərar

Rusiya Azərbaycana qarşı bu qadağaya hazırlaşır

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...

Bakının Kremlə cavabı yeni başlayır: Hələ 355 “yuva” var

Mustafayev bir saat sonra Rusiya XİN-in binasını tərk etdi - Video

Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla