Yuxarı

AB-dən Rusiyaya ölümcül sanksiya zərbəsi - Son dəqiqə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi liderləri Ukrayna böhranı ilə bağlı yenidən bir araya gəlib.

Axar.az xəbər verir ki, Almaniya Baş naziri Angela Merkel müzakirə öncəsi media qarşısına çıxaraq Rusiyaya əlavə sanksiyaların tətbiq edilməsini müzakirə edəcəklərini deyib. Bununla da son günlər Rusiyaya qarşı həssas rəftarı ilə görünən Merkeldən yeni bir xəbərdarlıq mesajı verilib.

Merkel yeni sankisyaların tətbiqinin müzakirə edilməsinə səbəb kimi Rusiyanın Ukraynada sülh üçün atdığı addımların yetərsiz olduğunu göstərib.

AB liderlərinin Rusiyada yeni layihələr üçün kredit verilməsinin qarşısını alacaqları və daha əvvəl tətbiq edilən sanksiyaların da genişləndiriləcəyi təxmin edilir.

***

Bu dəqiqələrdə Belçikanın paytaxtı Brüsseldə Avropa Birliyi tərəfindən Rusiyaya qarşı tətbiqi gözlənilən sanksiyaların gərgin müzakirəsi gedir.

Ukrayna mediasına iclasdakı mənbələrdən müəyyən informasiyalar daxil olub. Vurğulanıb ki, sayca üçüncü sanksiya paketinin tam tətbiqi qəbul olunmasa da, yeni versiyada Rusiya iqtisadiyyatına zərbə vuracaq məqamlar mövcuddur. Dünən keçirilən iclasda razılığa gəlinməsə də, bu gün ciddi irəliləyiş əldə olunub. İki və yeni üçüncü mərhələ sanksiyaların tələblərinin ortaq bəndlərindən ibarət sənəd, demək olar ki, quruma üzv ölkələrin hər biri tərəfindən yekdilliklə qəbul olunub. Bura Rusiyada həyata keçirilən müxtəlif layihələrin maliyyələşdirilməsindən tutmuş Avropa Birliyi tərəfindən kredit tranşlarının dayandırılması daxildir. Kommunikedə önəmli siyası məqam da mövcuddur. Belə ki, qurum Krımın dərhal Ukraynaya qaytarılmasını və terrorçuların maliyyələşdirilməsinin dayandırlmasını tələb edib.

Xatırladaq ki, iclas hələ də davam edir. Gözləniləndir ki, Putinin yaxın çevrəsinin maliyyə hesablarının dondurulması gündəmə gəlsin.

Tarix
2014.07.17 / 00:55
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Kartavıx və Belousovun məhkəmələri keçiriləcək

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

Prezident tapşırığı: Kredit müqaviləsi imzalandı

Bu türk ölkəsinin səfirliyinin yeni binası açılacaq

Bakıdan gözləmirdik: Nə baş verir? - Moskvadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla