Yuxarı

Britaniyadan Suriyaya döyüşməyə gedən qadınlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əgər mümkün olsa, bu gün Suriyaya gedib, ordakı qardaş-bacılarıma kömək edər və onlarla birgə döyüşərdim".

Axar.az xəbər verir ki, BBC-nin əməkdaşları avropalı müsəlman qadınların Suriyaya hansı məqsədlə getməsi ilə bağlı araşdırma aparıblar. Adını vermək istəməyən 20 yaşlı gənc qadın Suriyada baş verən olaylarla bağlı bunları deyib:

"Əgər mümkün olsa, bu gün Suriyaya gedib, ordakı qardaş-bacılarıma kömək edər və onlarla birgə döyüşərdim. Müsəlmanlar tək bir bədəndirlər. Əgər hər hansı bir yerin ağrıyırsa, nəticədə bütün bədənin ağrıyacaq. Qətiyyətlə onlar üçün savaşardım, çünki onlar başlarına gələnlərə layiq deyillər".

Londonda yerləşən Beynəlxalq Radikallaşma Tədqiqatları Mərkəzi son bir neçə ay ərzində Avropadan Suriyaya gedən 40-a yaxın qadını izlədiklərini bildirib. Suriyaya gedən qadınların çoxunun fransalı, 8-nin isə ingilis olduğu təxmin edilir.

Təşkilatın üzvü Melanie Smit bəzi qadınların Suriyaya getmək üçün evlilik metodundan istifadə etdiklərini bildirir. Onun sözlərinə görə, qadınlar cihadçılar və xarici döyüşçülərlə evləndikdən sonra Suriyaya döyüşməyə gedirlər. O bu qadınların İŞİD liderinin müsəlmanlar arasında qlobal birliyə çağırışından olduqca təsirləndiklərini bildirib. Təşkilat üzvü bu qadınların bir çoxunun daha yaxşı həyat üçün hicrət etdiklərini söyləyib.

Cihadçıların qatı İslam qaydalarını mənimsəyən bu qadınlar kişi döyüşçülərə təmizlik, yemək bişirmək və ilk yardım kimi məsələlərdə kömək etmək istəyirlər.

İngiltərədə 140 məscidin axundu müsəlmanlara İraqa və Suriyaya getməmələri ilə bağlı çağırışlar edib.

Suriya və İraqa getmək istəyən qadınlar özlərinin İngiltərə qanunları qarşısında cavab verməli oduqlarını isə bilmirlər. Bir qadın yolundan dönməyəcəyini bildirərək bunları deyib:

"Əgər döyüşməyə getsəydim, qanunlar qarşısında cavab verməli olacağımı bilmirdim. Məsələnin bu tərəfi ilə bağlı bir məlumatım yoxdur. İşin bu tərəfini bilmirəm, amma sırf buna görə ora getməkdən imtina etməzdim".

Xatırladaq ki, Britaniya hüquq mühafizə orqanları Suriyaya cihad məqsədi ilə gedən ingilislərin sayının 500-ə yaxın olduğunu bildirib.

Tarix
2014.07.17 / 15:33
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Paşinyan Türkiyəyə gedir

Rusiyada hər şey çökür, yalnız bu biznes sürətlə inkişaf edir

Rəsmi Bakı Hindistana başsağlığı verdi

Azərbaycan XİN Rusiyanı təbrik etdi

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

İlham Əliyev Qətər əmirinə məktub göndərdi

Bu ərazilər Azərbaycana qaytarılır: ermənilər xəritə yaydı - Foto

Paşinyan: Məni “Azərbaycan izi” ilə şantaj edirlər

İlham Əliyevin müdrikliyi sayəsində... - Rusiya səfiri

Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla