Çin Qəzzadakı vəziyyətlə bağlı mövqeyini
bildirib.
Axar.az xəbər verir ki, BMT-nin Təhlükəsizlik Şurasınının
yığıncağında Çinin daimi nümayəndəsi Liu Yieyi beynəlxalq
çağrışlara baxmayaraq İsrailin havadan böyük diametrli bombalardan
istifadə etdiyini və qurudan işğala başladığını, bu vəziyyətin uşaq
və qadınlar daxil olmaqla böyük itkilərə gətirib çıxardığını
bildirib.
Yieyi Çinin gücdən istifadəni qınadığını və vətəndaşların
ölümünə səbəb olan hər cür hərəkləri qəbul etmədiklərini
söyləyib.
Yieyi bildirib ki, "Tərəfləri atəşkəs elan etməyə, Qəzzadakı
ordunun dərhal geri çəkilməsini, Qəzzaya mühasirənin tamamilə
qaldırılmasını və yerli xalqın səfalətini yüngülləşdirmək üçün
beynəlxalq yardımlara icazə verilməsinə çağırırıq".
Çinin BMT-dəki daimi nümayəndəsi sonda Fələstin dövlətinin
qurulmalı olduğunu deyib:
"Fələstin xalqının tam suverenliyə sahib, paytaxtı Şərqi Qüds
olan və 1967-ci sərhədləri daxilində müstəqil bir Fələstin
dövlətinin yaradılması istiqamətində bütün səylərini dəstəkləyirik.
Fələstinin BMT və digər beynəlxalq təşkilatlara üzvlüyünün
tərəfdarıyıq".