Böyük sərkərdə Makedoniyalı
İsgəndər təkcə özünün heyrətamiz hərbi uğurları ilə şöhrət
qazanmayıb. Onu tarix səhifələrinə yazdıran əməllərdən biri də
etdiyi sehrlər idi. Maraqlıdır ki, bütün bu gizli elmlər ona
atasından keçmişdi.
Yunan hökmdarının atasının o zaman Makedoniyada məşhur olan və
"Varvar" deyə çağırılan II Flipp olduğu bilinir. Lakin İsgəndərin
müasirləri məsələyə tamam başqa cür yanaşırlar. Qəribəlik
orasındadır ki, böyük sərkərdənin anası Olimpiada belə, əri Flippi
heç vaxt İsgəndərin valideyni adlandırmırdı. Əsilzadə qadın həmişə
oğlunun tanrının nəslindən olduğunu deyirdi. Bu sözləri isə
metafora hesab etməyə tələsmək lazım deyil. Əslində məhz elə
onların arxasında həqiqət gizlənir. Əsas məsələ Olimpiadanın məşuqu
ilə əlaqədardır.
Yunan şahzadəsinin sevgilisi Misir fironu II Nextanobu idi və
onu da digər hökmdarlar kimi həmyerliləri rəsmi olaraq öz
torpaqlarının tanrısı hesab edirdilər.
Çar Flippə gəlincə isə o, cəsur olsa da, xarici görünüş
baxımından heç də cəlbedici deyildi. Təkgöz, vəhşi xasiyyətinə görə
də "Varvar" ləqəbini qazanmışdı. Bundan əlavə demək olar ki, bütün
vaxtını hərbi yürüşlərdə keçirirdi. Belə bir vaxtda hərbçi ərinin
onunla əlaqəsinin olmaması üzündən gözəl qadının özünə "ürək
yoldaşı" axtarması heç də təəccüblü deyil. Yunan şahzadəsi ilə
Misir hökmdarının harada və nə zaman tanış olması ilə bağlı tarix
hələ susur. Lakin bir-birinə yaxınlaşmanın təkcə bir səbəbi indiyə
qədər məlumdur. Belə ki, həm Olimpiada, həm də Nextanobu magiyanın
böyük biliciləri idilər. Demək ki, təkcə fiziki yox, həm də ruhi
baxımdan yaxınlıq onların ortaq nöqtəyə gəlməsinə səbəb
yaradırdı.
Böyük səhv
Nextanobu astroloq və müdrik kimi təkcə öz ölkəsində məşhur
deyildi. Deyilənə görə firon bürcləri tərtib etmək, taleyi
əvvəlcədən söyləməklə bərabər döyüşlərdə də məğlubedilməz idi.
Müəyyən zaman sonra Nextanobu misirli həkimin libasında Pelluya
gəlir və elə məhz burada da onların Olimpiada ilə görüşü baş tutur.
Bir dəfə o öz sevgilisinin bürcünü hazırlayarkən tanrılar onun
məşuqunun böyük insanın anası olacağı xəbərini verirlər. Doğumdan
əvvəl Nextanobu yenidən Pelluya gəlir və gizli yollarla saraya
daxil olur.
Hamiləliyinin ağır keçməsi bundan əlavə ərinin də (Flipp
doğulacaq uşağın onun olmasına əmin deyildi) bir tərəfdən onu öz
şübhələri ilə cana yığması Olimpiadanı çox həyəcanlandırırdı. Doğum
əməliyyatını aparmağı şəxsən Nextanobu öz boynuna götürür. Doğuşdan
sonra o, şahzadəni təbrik edir, lakin səsindəki kədər dərhal
sezilir. Bunu hiss edən Olimpiada böyük gələcəyə sahib olan
övladlarının doğuluşuna görə niyə sevinmədiyini soruşur? Firon
oğlanın ulduzların göstərdiyi vaxtdan tez doğulduğunu, buna görə də
həyatının mükəmməl, amma çox qısa olacağını ona söyləyir.
Tanrının oğlu
Birisi gün də şahzadə üçün uğurlu olmur. Səbəb isə Flippin yeni
doğulmuş uşağı öz oğlu və xələfi kimi tanımaqdan imtina etməsi idi.
Bu yeni bəla haqqında hələlik şəhəri tərk etməmiş Nextanobuya
məlumat göndərilir, ikinci isə bunun qarşılığında hər şeyi yoluna
qoyacağına söz verir.
Gecə makedoniyalı hökmdar yuxusunda "sənin oğlunu şəxsən Misirin
Amon-Ra allahı göndərib" deyən şahin görür. Flippin sona qədər
yuxuya inanması bəlli deyil, bilinən təkcə onun bundan sonra hər
nəyə qarşı İsgəndəri tez-tələsik öz taxtının varisi elan
etməsidir.
Nextanobu ilə Olimpiada arasında yazışmalar sonrakı dövrlərdə
davam edir, amma fironun bundan sonra saraya əvvəlki kimi gəlib öz
sevgilisi ilə görüşməsi mümkün olmur. Səbəb isə bu vaxtlar Misirin
ağır günlər yaşamasıdır. Taleh elə bil özü hökmdarı imtahana çəkir.
Əvvəlcə taxta iddialı qohumlarının üsyanı, farsların hücumu, daha
sonra isə ən yaxın dostunun və ölkə ordusunun rəhbərinin satqınlığı
onsuz da yaxşı olmayan vəziyyəti daha da qəlizləşdirir. Lakin bütün
bunlara rəğmən Misirin inkişafı dayanmır, onun hökmdarı
döyüşdən-döyüşə öz mövqeyini daha da gücləndirir.
Əslində fironun sirli qələbələrinin mənbəyi gizli otaqda
saxlanılan kiçik mücrüdə idi. Hər dəfə ölkənin üzərini təhlükə
alanda o öz sirli otağına çəkilir, mücrüsünü açır və orada mumdan
hazırlanmış bir neçə oyuncaq çıxarırdı. Əgər təhlükə dənizdən
gözlənilirdisə, o zaman hökmdar böyük fincan götürərək onu su ilə
doldurur, daha sonra içində mumdan düzəldilmiş oyuncaqlar olan
balaca gəmiləri həmin suya buraxırdı. Bütün bunlardan sonra çar
sehri oxuyur və ölkə sularına daxil olan gəmilər isə öz-özlərinə
batırdılar. Pusquda gözləyən Misir əsgərləri də bu vəziyyətdən
istifadə edərək rahat qələbələrini qazanırdılar. Bu hal dəfələrlə
olub.
Lakin günlərin bir günü kəşfiyyatçılar farsların yenidən yürüş
edəcəyi xəbərini gətirirlər. Bunu eşidən firon gülür və öz otağına
yollanır. Sehrə başladığı andan etibarən onun talınmadığını görən
Nextanobu kartlar, müxtəlif gizli işarələr vasitəsiylə qələbənin
qeyri-mümkünlüyü qənaətinə gəlir. Allahlar bu dəfə Misiri yox
farsları seçirlər. Onların əmrinə tabe olan hökmdar isə bundan
sonra öz gizli otağından heç kəsə görünmədən çıxıb, sadə paltar
geyinərək sakitcə şəhəri tərk edir.
Tanrının vətənə dönüşü
Tezliklə o, Pelluya sevgilisi və oğlunun anasının yanına gəlir.
Bu vaxtlar İsgəndərin 13 yaşı tamam olurdu. Misirli həkim kimi
özünü tanıdan Nextanobu sarayda özünə yer edir və qısa zaman
kəsiyində Aristotellə dost olur. Onlar hər ikisi öz növbələrində
İsgəndərin müxtəlif sahələr üzrə müəllimləri olurlar. Aristotel
müxtəlif elmlər üzrə, Nextanobu isə magiya istiqamətində dərs
keçməyə başlayır.
Gənc yunanın birinci savaşı ərəfəsində firon müqəddəs mücrüsünü
ona verir və İsgəndərə döyüşlərdə buradakı oyuncaqlardan istifadə
qaydasını öyrədir. Elə bunun nəticəsi idi ki, bütün döyüşlərdə şans
böyük sərkərdənin üzünə gülür. Həqiqi atası kimi o da bütün
toqquşmlardan qələbə ilə ayrılır. Gənc hökmdar mücrünü həmişə özü
ilə daşıyır, hətta ona ən yaxın dostlarının da əl vurmasına icazə
vermirdi.
Hökmdar olduqdan sonra ilk iş kimi o, Misiri farsların
tabeliyindən xilas edir. Ələ keçirdiyi bütün ölkələr heç də
asanlıqla yunanlının hakimiyyətini tanımırdılar, yalnız
misirlilərdən başqa. Onlar həmin dəqiqə onu Misir hökmdarlarının
nəslindən bilib öz fironları elan edirlər. Tarix yenə də
Nextanobunun bu işdə nə qədər əməyi olması ilə bağlı susur. Amma
mühafizəkar Misirin adi yunanlını xoş niyyətlə qəbul edib, başa
yüksəltməsindən də məlum olur ki, İsgəndərin əslinin haradan olması
hər kəsə bəlli idi.
İgəndər də öz növbəsində bu qədim ölkəyə ürəyini bəxş etməklə
misirlilərin göstərdikləri xoşgörüyə cavabını verir. Allahların ona
bəxş etdiyi gücün sayəsində o, çoxlu ölkələr və xalqları tabeliyinə
salır. Böyük sərkərdənin həyat yolu ömrünün 33-cü ilində sona
çatır. Ölərkən gənc yunan Amon vadisində tapşırılmağını vəsiyyət
eləyir. Bu o vadi idi ki, hakimiyyətinin ilk illərində kahinlər ona
dünyaya gəliş məqsədini söyləmişdilər. Məhz bundan sonra İsgəndər
imperiyasını Hindistana qədər yaymağı bacarmışdı.