Yuxarı

Rusiya məhv edilir - AB-dən şok təklif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya məhv edilir - AB-dən şok təklif

Avropa Birliyi Komissiyası tərəfindən Rusiyanın bütün neft və silah şirkətlərinə qarşı qadağaların tətbiq edilməsi təklif edilib.

Axar.az xəbər verir ki, AB-nin üzv ölkələri Rusiyanın ordusunu Ukraynanın şərqindən geri çəkməyəcəyi təqdirdə sanksiyaların ağırlaşdırılması tərəfdarı olduqlarını bildiriblər. AB komissiyası üzv ölkələrə göndərdiyi məktubda Rusiyanın nəzarətində olan neft və silah şirkətlərini qara siyahıya salmağa dəvət edib. Komissiyanın təklifi təsdiqlənsə, Rusiya neft şirkətlərinin təhvil və hissə sənədlərindən istifadə edərək sindikatlaşdırılmış kredit alması mümkünsüz olacaq.

AB üzvlərinin gündəmində Rusiyaya neft və digər sektorlarda yüksək texnologiya ixracatını daha da məhdudlaşdırmaq var.

AB Komissiyası həmçinin üzv ölkələrdən Rusiyanın Dünya Kuboku və Avropa çempionatları daxil olmaqla, beynəlxalq idman və mədəniyyət tədbirlərindən təcrid edilməsinin də müzakirəsi istənilib. Ancaq üzv ölkələrin əksəriyyəti bu mərhələdə Rusiyanın 2018-ci il futbol üzrə Dünya Çempionatına ev sahibliyi etməsi qərarının nəzərdən keçirilməsinə müsbət baxmır.

AB-nin iqtisadi və ticarət sanksiyalarında əkinçilik və qida sektorundan sonra Moskva rəhbərliyinin bir sonrakı addımının avtomobil sektoru olacağı şərhi Almaniya, Çexiya, Slovakiya və Macarıstan kimi ölkələri düşündürür. Yenə də Ukraynanın şərqində qarşıdurmaların davamı və Rusiya əsgərlərinin geri çəkilməməsi halında AB-nin iqtisadi və ticari sanksiyalarını artırması gözlənilir.

Tarix
2014.09.03 / 23:44
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla