Yuxarı

Bakıda böyük oğurluq: 65 min manat, 5 min dollar və...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda mənzilə pəncərədən daxil olan şəxs və ya şəxslər evdən külli miqdarda pul və qızıl-zinət əşyası oğurlayıblar.

Axar.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi kəndində baş verib. Ev sahibi Gülbahar İbrahimovanın sözlərinə görə, hadisə yaxın qohumlarının yas mərasiminə getdikləri vaxt olub. Hadisədən isə kiçik oğlu axşam saatlarında evə gələrkən xəbər tutub.

Qadının sözlərinə görə, naməlum şəxs və ya şəxslər evə pəncərədən daxil olduqdan sonra şkafdan 64 min 500 manat pul, 5 mindən çox dollar və 15 min manata yaxın dəyəri olan qızıl-zinət əşyası oğurlayıb.

Ev sahibləri dərhal hadisə ilə bağlı ərazi üzrə 4-cü Polis Bölməsinə məlumat veriblər. Hadisə yerinə gələn əməliyyat qrupu evdən əl- barmaq izləri götürüblər.

Zərərçəkmişin sözlərinə görə, həmin mənzildə bir neçə il olar ki, yaşayırlar. Amma bu vaxta qədər nə qonşularla, nə də qohumları ilə ədavətləri olub. Bu səbəbdən də qadın hadisə ilə bağlı konkret olaraq kimdənsə şübhələnmir.

Məsələ ilə bağlı 4-cü Polis Bölməsindən bildirdilər ki, hadisə ilə bağlı hələ ki, saxlanılan yoxdur. Amma fakta görə Binəqədi Rayon Polis İdarəsinin İstintaq söbəsində cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri aparılır.

Tarix
2018.12.23 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ erməniləri indi də Ermənistana müharibə elan etdi

Elçin Əmirbəyov Meksika Senatında - Foto

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

Baş prokurur vəzifəsinə namizəd Kamran Əliyevin - Dosyesi

Hərbçilərimiz KURTARAN təlimlərində iştirak etdi

Özbəkistan Azərbaycanla bağlı bu müqaviləni təsdiqlədi

Azərbaycan və Küveyt arasında birgə bəyannamə imzalandı

Azərbaycan və Küveyt XİN rəhbərləri görüşdü

Ərdoğanla Netanyahunun Bakıda mümkün görüşü... - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla