Yuxarı

Ded Xasan cinayəti: İşə daha bir azərbaycanlı əlavə edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ded Xasan cinayəti: İşə daha bir azərbaycanlı əlavə edildi

Rüfət Gəncinski Ded Xasanın təhlükəsizliyinə cavab verən şəxsin öldürülməsində günahkar bilinir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "İzvestiya" qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.

Mənbə hazırda İlqar Cəbrayılovun (Danabaş) ölümü ilə bağlı işin Aslan Usoyanın (Ded Xasan) işinə əlavə edildiyini bildirib.

Qeyd edək ki, İlqar Cəbrayılov Ded Xasanın ətrafında mühüm şəxslərdən hesab olunub. O, həm də Aslan Usoyanın təhlükəsizliyinə cavabdehlik daşıyıb. 52 yaşlı Cəbrayılov 2012-ci ildə özünün "Toyota Lənd Kruzer" avtomobili ilə işıqforda dayanan zaman killer tərəfindən pəncərədən açılan atəşlə qətlə yetirilmişdi. Bundan sonra isə killer hadisə yerindən qaçmışdı.

Qeyd edək ki, Rüfət Gəncinski (əsl adı: Ülfət Tağıyev) Rövşən Lənkəranskinin ətrafında ən mühüm şəxslərdən hesab edilir. Bir müddət öncə Rusiya hüquq mühafizə orqanları onu Ded Xasanı qətlə yetirən killerin qaçma planını təşkil etməkdə günahlandırmışdı. Ülfət Tağıyevin hələlik bununla bağlı əmri kimdən aldığı deyilməmişdi. Qanuni oğrunun özü də killerin adını çəkməkdən imtina etmişdi.

Tarix
2014.11.29 / 19:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla