Yuxarı

İranda sel fəlakəti: 62 ölü, 1 milyard itki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda sel fəlakəti: 62 ölü, 1 milyard itki...

13:46

İranda iki həftədir davam edən yağışlar nəticəsində ölkənin şimal, cənub və cənub-qərb bölgələrində 57 nəfər həlak olub.

Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. İran Təcili Vəziyyətlər Qurumunun sözçüsü Mocteba Xalidi vəfat edənlərin 22-nin Şiraz, 5-nin Mazandaran, 3-nün Şimali Xorasan, 5-nin isə Lorestan bölgəsindən olduğunu bildirib.

Sel 478 nəfərin yaralanması ilə nəticələnib ki, bunlardan 19-nun müalicəsi hələ də davam edir.

***

İranda baş vermiş daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb.

Axar.az xəbər verir ki, bu barədə ölkənin məhkəmə tibbi təşkilatının rəsmisi Mehrdad Əli Bəxşi məlumat yayıb.

“Məhkəmə tibbi mərkəzə 62 nəfərin meyiti gətirilib”, - rəsmi bildirib.

Qeyd edək ki, dünəndən bəri İranda yağışların ikinci dalğası başlayıb və ölkənin şimal, şimal-qərb bölgələrinə ciddi təsir edir.

***

Ölkəyə 917 milyon dollar həcmində ziyan dəyib. Seldən ziyan görən 45 min ailəyə yardım göstərilib, 293 şəhər və kəndin əhalisi müvəqqəti olaraq köçürülüb.

Bu sözləri İranın Qızıl Aypara Cəmiyyətinin rəhbəri Murtaza Səlininin bildirib.

Hazırda xilasetmə işləri və su basmış şəhərlərdə infrastrukturun bərpası işləri davam edir.

Tarix
2019.04.03 / 20:05
Müəllif
Aytac Araz
Digər xəbərlər

Fransa Azərbaycana təşəkkür etdi

Əgər Xəzər çətin vəziyyətdədirsə... - Leyla Əliyeva

İranda dəqiq zərbələr: növbə məscidlərindir?

Əli Əsədov Mişustinlə danışdı

Aralıq və Egeydə 22 milyon ton neftayırma potensialımız olacaq

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

“Qızıl Azərbaycan”a zərbə: bu görüntü təəccüb doğurdu - Video

İsrail 160 şagirdi niyə öldürdü? - Xəritə

Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı

Qərbi Azərbaycanın 2 şəhərində 5 hədəfə zərbə endirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla