Yuxarı

Ermənistanda gərginlik: Nikol olmasaydı, siz kim idiniz?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda gərginlik: Nikol olmasaydı, siz kim idiniz?

Ermənistan parlamentində deputatlar arasında kəskin mübahisə yaranıb.

Axar.az xəbər verir ki, gərginlik əsasən Mənim Addımım Bloku ilə müxalif fraksiyalar arasında yaşanıb. Gərginliyə səbəb Mənim Addımım Blokundan olan deputat Hamazasp Daniyelyanın müxalifəti populizmdə ittiham etməsi olub. O, Çiçəklənən Ermənistan Partiyasının keçmişdəki müxalif fəaliyyətinə şübhəli yanaşdığını deyib.

Hamazasp Daniyelyanın bu çıxışına Çiçəklənən Ermənistan Partiyasının deputatları sərt reaksiya veriblər. Belə ki, fraksiya adından çıxış edən Zöhrabyan Daniyelyana cavab verib:

“Siz Çiçəklənən Ermənistan Partiyasının fəaliyyətini özünüzün qısa siyasi bioqrafiyanız ucbatından anlaya bilməzsiniz. Əgər Nikol Paşinyan, Sasun Mikayelyan və digər bir neçə deputat olmasaydı, sizin üstünlüyünüz harada olacaqdı? Parlamentdə olmayacağı dəqiqdir!”

Tərəflər arasındakı mübahisəyə İşıqlı Ermənistan Fraksiyasının rəhbəri Edmon Marukyan da qatılıb. O, Mənim Addımım Blokunu mövqeyinə görə tənqid edib:

“Biz Paşinyanla birgə bir neçə il əvvəl parlamentə deputatların cəzaçəkmə müəssisələrini ziyarət etmək haqqında qanun layihəsi təqdim etdik və həmin qanun layihəsi o zamankı hökumət tərəfindən rədd edildi. İndi biz eyni qanun layihəsini təqdim edirik və siz bizi populizmdə ittiham edirsiniz. Hərdən geriyə baxın, kimin nə etdiyini görün, sonra danışın. Oxuyun, öyrənin”.

Tarix
2019.04.16 / 14:20
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Berlindən Bakı və İrəvan paylaşımı: Tarixi bir təkan...

BTQ Fransa və Niderlandın müstəmləkəçiliyinə qarşı çıxdı

Dünyanı idarə edənlər insanlığın başını bu şou ilə qatır

İlham Əliyev Sinqapur prezidentini təbrik etdi

Misir Mərdanovla bağlı vacib detal - Foto

Paşinyanın Əliyevə zənginin səbəbi - Taleyüklü məsələ...

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq

ABŞ razılaşmağa çalışır, Çin rədd edir - Nə baş verir?

Əliyevlə Trampın telefon danışığı nə qədər davam edib?

İlham Əliyev Trampa məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla