Yuxarı

Prezident: “Məni öldürmək istəyirlər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident: “Məni öldürmək istəyirlər”

"Ekvadorda mənim həyatıma qarşı növbəti sui-qəsd hazırlanmışdı".

Axar.az Rosbalt.ru-ya istinadən xəbər verir ki, bu açıqlama ilə Venesuela Prezidenti Nikolas Maduro çıxış edib. O, sui-qəsdin bir müddət öncə Ekvadorda təşkil edilən Cənubi Amerika Millətləri İttifaqı (UNASUR) sammitində təşkil edildiyini bildirib:

"UNASUR sammitində bizə Mərkəzi Amerikadan məni öldürmək üçün göndərilən şəxsin soyadı, adı, bank hesabı haqqında məlumat daxil oldu. Bundan sonra biz Ekvador Prezidenti Rafael Korreadan mühafizəni gücləndirməyi xahiş etdik. Killer Ekvadora tədbirdən bir gün öncə gəlməyi bacarmışdı. Hazırda onu Venesulada Ekvador hökumətinin təqdim etdiyi informasiyalar əsasında axtarırlar".

Qeyd edək ki, bu, Maduroya qarşı ilk sui-qəsd deyil. Bu ilin may ayında Venesuela hakimiyyəti ABŞ-ın yardımı əsasında müxalifətin prezidentin məhv edilməsi haqqında plan hazırladığını bildirib. Həmin dövrdə planın əsas təşkilatçısı kimi eks-deputat Mariya Korina Maçado və Dieqo Arrianın adları çəkilmişdi. Hakimiyyət onları Kolumbiyadakı ABŞ səfiri Kevin Uitekerlə gizli əlaqələrdə günahlandırmışdı.

Tarix
2014.12.15 / 14:21
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla