Yuxarı

Şahid qətl görüntüsünü yaymasına peşman oldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şahid qətl görüntüsünü yaymasına peşman oldu - Video

Parisdə polisin qətlinin şahidi "Assoşieyted Press" agentliyinə bildirib ki, o, çarxın KİV və internetdə belə geniş yayılmasını gözləmirmiş və buna təəssüf edir.

Axar.az xəbər verir ki, yanvarın 7-də Parisdə törədilmiş terror aktında bir polis – Əhməd Merabe də qətlə yetirilib. Mühəndis Cordi Mir deyib ki, təlaş içərisində idi və ağılsız refleksə qapılaraq videonu sosial şəbəkəyə yerləşdirib.

O bildirib ki, əvvəlcə terrorçuların hücumunu bankı qarət kimi başa düşüb. Ona görə də videonu diskə köçürüb polisə verib. Sonra isə Feysbukdakı 2500 dostu ilə paylaşıb: "Mən kiminləsə danışmalı idim. Evdə tək idim və videonu Feysbuka qoydum. Bu, səhv addım idi".

15 dəqiqədən sonra Mir videonu silib, ancaq artıq gec idi – digər istifadəçilər onu paylaşmağa macal tapmışdılar. Kimsə hətta video çarxı Yutubda verləşdirib. Heç bir saat keçməmiş Mir özünün çəkdiyi videonu telekanalda görüb.

"Le Figaro" nəşri isə bu videodan kəsilmiş kadrı "Müharibə" başlığı ilə manşetə yerləşdirib.

Tarix
2015.01.11 / 23:26
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla