Yuxarı

Bakıda gürcü vətəndaşlar 8 kilo narkotiklə tutuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda gürcü vətəndaşlar 8 kilo narkotiklə tutuldu

Bakıda yaxalanan gürcü vətəndaşlarının üzərinə baxış keçirən zaman 8 qr-a yaxın tiryək də aşkar edilib. Mingəçevirdə isə mağazadan 8 kq yağ oğurlanıb.

Axar.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhər BPİ-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdan Qənbərovun və Əlif Orucovun cibindən pul oğurlayan Gürcüstan vətəndaşları - əvvəllər məhkum olunan 38 yaşlı Georgia Goqolodze, 35 yaşlı Mindia Kereselidze, 34 yaşlı David Eristavi və 34 yaşlı Guram Geduadze tutulublar. Üzərlərinə baxış zamanı ümumilikdə 8 qr-a yaxın tiryək də aşkar edilərək götürülüb.

Abşeron rayon Polis Şöbəsinin əməkdaşları isə oğurluq etməkdə şübhəli bilinən 3 nəfəri yaxalayıb. Saxlanılan Sumqayıt sakinləri 26 yaşlı Xəqani Şirinov 22 yaşlı Xanbaba Novruzov və Cavid Quliyev oğurluqda şübhəli bilinərək yaxalanıblar. İlkin istintaqla müəyyən edilib ki, saxlanılan şəxslər Elmar Bağırova məxsus mağazaya bir neçə dəfə giriblər. Saxlanılanlar ifadələrində əldə etdikləri pulları şəxsi istifadələri üçün xərclədiklərini bildiriblər.

Mingəçevir şəhərində isə 1 kişi və 2 qadın əlbir olaraq mağazadan 8 kiloqram yağ oğurlayıblar. Oğurluq hadisəsi anbaan müşahidə kamerasına düşüb. İradə Niftaliyevaya məxsus mağazaya gələn 3 nəfərdən biri, orta yaşlı kişi satıcının diqqətini qadınlardan yayındıraraq ondan malların qiymətini soruşmağa başlayıb. Bu zaman qadınlar özlərini nəsə alırmış kimi göstərərək soyuducunu açıb və yağ qutusunu götürüblər. Sonra oğrular bir neçə ərzaq da alaraq mağazanı tərk ediblər. Hazırda həmin oğrular axtarılır.

Hər üç faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam edir.

Tarix
2015.01.15 / 01:20
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

XX əsrin ən böyük texnogen fəlakəti - Çernobılın 40 ili...

Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Speys TV fəaliyyətini dayandırır

Köçəryan yenə sayıqladı: Yeni müharibə...

Azərbaycanla Ukrayna yeni saziş imzaladı - Foto

Rusiya-Ukrayna danışıqları Bakıda keçirilə bilər - 3 səbəb

İlham Əliyevdən Zelenskinin səfəri ilə bağlı - Videoçarx

Azərbaycan bizə 5 avtobus verdi və 45 milyonluq yardım etdi

Bakı BMT-nin şəhər həyatı prinsipinə uyğundur - Video

Zelenskinin danışıqlar üçün Bakı təklifi - Rusiyadan cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla