Yuxarı

Şok: Türkiyə bu silahla Yunanıstanı girov götürdü - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok: Türkiyə bu silahla Yunanıstanı girov götürdü - Video

13:46

Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket komplekslərinin ikinci batareyasının qardaş ölkəyə təhvil verilməsi regionda əks-səda doğurub.

Axar.az xəbər verir ki, yunan mətbuatı sözügedən hadisəni “Yunanıstan strateji girova çevrildi” başlığı ilə təqdim edib.

Yunanıstanın “ProNyus” xəbər saytı Türkiyə Müdafiə Nazirliyinin S-400-lərin ikinci batareyasını harada yerləşdirəcəyini “Böyük sual” olaraq qiymətləndirib. Nəşr həmçinin S-400 sisteminin qurulacağı yerdən asılı olaraq əhatə edəcəyi əraziləri və dövlətləri də təqdim edib: Egey dənizi, Şərqi Aralıq, Yunanıstan, Bolqarıstan, Kipr adası, Rumıniya, Krım, Rusiyanın bir hissəsi, Gürcüstan, Azərbaycan, Ermənistan, Livan, Suriya, İraq və İran.

S-400 zenit raket komplekslərinin Türkiyə ilə Yunanıstan arasında hərbi balansı necə dəyişdirəcəyi məsələsinə toxunan nəşr yazıb: “Strateji girovluq artıq yalnız bir fərziyyə deyil. Təəssüf ki, baş verən hadisə Yunanıstan üçün son dərəcə ağrılıdır”.

Xəbərdə S-400 sistemlərinin Yunanıstan Hərbi Hava Qüvvələrinin bölgədəki əməliyyat qabiliyyətini olduqca çətinləşdirəcəyi, Türkiyə Hərbi Hava Qüvvələri ilə türk donanmasının əməliyyatlarını isə eyni dərəcədə asanlaşdıracağı qeyd edilib.

“S-400-lərin ikinci batareyasının Kiçik Asiyanın sahillərinə qoyulması Yunanıstan üçün həll edilməsi çox çətin bir tapmacaya çevriləcəkdir”, - nəşr bildirib.

Tarix
2019.09.17 / 15:39
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

Rusiya Azərbaycanın təklifini dəstəklədi

Bu ölkə Ermənistanı daim silahlandıracaq

Şəhid Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirildi

TDT baş katibi şeyxlə görüşdü

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla