Rusiya kilsələrində naməlum dini cərəyan psixoloji
təzyiq vasitəsi ilə öz sıralarına gəncləri cəlb edərək, onları məhv
edir.
Axar.az xəbər verir ki, Zveniqorod şəhərində yerləşən kilsələrin
birində dəhşətli hadisələr baş verir. Burada yeni yaranan "dini
cərəyan" kilsəyə ibadət üçün gələn gəncləri öz təsirinə salır.
Moskvalı Darya Lapotina əməkdaşımıza dini cərəyanın qurbanına
çevrilmiş nişanlısı Oleq Nikitin haqqında danışıb. Onun sözlərinə
görə, Oleq artıq bir neçə aydır evdən gedərək bu cərəyana qoşulub
və monastırda yaşayır. Oleqlə görüşmək istəyən Daryaya dini qurum
üzvləri fiziki təzyiq göstərir, qıza Oleqi unutmağı tövsiyə
edirlər.
Rusiya hüquq mühafizə orqanlarına müraciət edən Darya daha bir
dəhşətli xəbərlə qarşılaşıb: onun nişanlısının bir böyrəyi
amputasiya edilərək götürülüb və gənc hal-hazırda ölümlə
çarpışır.
Darya Lapotinanın fikrincə, bu dini cərəyanın ilkin əməli deyil.
Gənc qız iddia edir ki, dini qurum hesab edilən ruhani dəstə
əslində insan orqanlarının alveri ilə məşğul olan güclü
bandadır.
Rusiya milisinin isə əlində kifayət qədər dəlil-sübut
olmadığından hər-hansı bir şəxsi cinayətə cəlb etmək mümkün
olmayıb.