Yuxarı

Gümrü qatili ermənilərdən qisas aldığını dedi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gümrü qatili ermənilərdən qisas aldığını dedi

Ermənistanın Gümrü şəhərindəki 102-ci Rusiya hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakovun Avetisyan ailəsinin 6 üzvünü güllələyib öldürməsinin motivi bəlli olub.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsindən bildiriblər ki, bu kütləvi qətliamın motivi Vladimir İonesyan adlı seriya qatilin törətdiyi cinayətlərə görə qisas almaq istəyi ilə bağlı olub.

V.İonesyan 3 uşağı (11 yaşlı moskvalı Aleksandr Liseovetsi, 12 yaşlı moskvalı Konstantin Sobolevi və İvanovo şəhər sakini Mixail Kuleşovu), 2 qadını (İvanovo sakini olan 74 yaşlı qadını və 46 yaşlı Mariya Yermakovanı) öldürüb. Erməni residivist İvanovo şəhərinin 15 yaşlı sakini Qalina Petropavlovskayanı zorlayandan sonra onu da öldürməyə cəhd etmişdi.

Son istintaq zamanı V.Permyakov bildirib ki, V.İonesyanın öldürdüyü İvanovo sakini Mixail Kuleşov onun yaxın qohumudur. Rus əsgərin sözlərinə görə, qohumu Mişa Kuleşovun öldürülməsi bir vaxtlar ona çox ağır təsir etmiş, bu qətldən sarsılmışdı.

Onu da yada salaq ki, V.İonesyan bütün qanlı cinayətlərini balta ilə törətmişdi.

Tarix
2015.01.19 / 10:11
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla