Yuxarı

Prezidentə cinayət işi açan prokuror güllələndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentə cinayət işi açan prokuror güllələndi

Argentina Prezidenti Kristina Fernandes haqqında cinayət işi açan prokuror Alberto Nisman öldürülüb.

Axar.az xəbər verir ki, prokuror evində duş qəbul edərkən güllələnib.

Nisman xanım Fernandesə 1994-ci ildə paytaxt Buenos Ayresdə yəhudi mərkəzinə hücum nəticəsində 85 adamın öldüyü hadisəsində əli olduğunu iddia edərək cinayət işi açmışdı.

Prokuror Nismanın ölümündən bir neçə saat sonra məclisə gedərək Prezident Kristina Fernandes və ona bağlı əməkdaşlara cinayət işi haqqında məlumat verəcəyi gözlənilirdi.

Müxalifət partiyası millət vəkillərindən olan Patrisi Bullriç prokurora təhdid edildiyini və Baş Prokurorluqdan qorunma istədiyini açıqlayıb. Onun sözlərinə görə, bir prokurorun məclisə cinayət işini şərh etməzdən bir neçə saat öncə öldürülməsi böyük bir hadisədir.

Xatırladaq ki, Alberto Nisman Argentinada son bir həftə ərzində ən çox danışılan şəxslərdən biri idi. Belə ki, yayılan xəbərlərə görə, Nisman 85 adamın öldüyü və 300 adamın yaralandığı yəhudi mərkəzinə edilən hücumun arxasında İranın olduğunu irəli sürərək, bu hücumda başda Prezident Kristina Fernandes olmaqla bir çox millət vəkillərini ittiham edəcəkmiş.

Bir güllə ilə başından vurularaq öldürülən prokurorun əlində əks-kəşfiyyat xidmətinin ona verdiyi İran rəsmiləririn səs yazısı olduğu iddia edilirdi.

Tarix
2015.01.19 / 15:08
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla