Yuxarı

“Hər şey kralın ölümünə hesablanıb” - Sensasiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"2015-ci il daxil olandan Yəmən gündəmdən düşmür. Əvvəl Parisdə "Şarli Hebdo" dərgisinə edilən hücumla gündəmə gələn Yəmən indi daxilində baş verən maraqlı proseslərlə diqqəti öz üzərinə cəmləşdirib".

Bu sözləri Axar.az-a açıqlama açıqlamasında Vüqar Zifəroğlu deyib. Politoloq bu gün Yəməndə baş verənlərin dünyanın diqqət mərkəzində olduğunu bildirib:

"Ərəb dünyasının lideri və neft zəngini Səudiyyə Ərəbistanını cənubdan çevrələyən bir coğrafiyaya sahib Yəməndə baş verən son proseslər uzun müddətdir ki, xəstə yatan krallarının vəfatı fonunda cərəyan edib. Yəni birmənalı şəkildə Yəməndə baş verən son aktivliyi və şiələrin çıxışının səudların rəhbərinin vəfatı ilə eyni zamana düşməsi heç də təsadüfi deyil".

Onun sözlərinə görə, bu gün Yəmən zeydilərə dəstək verən İran ilə sünni əşirətlərin nəzarətində olan mərkəzi hökuməti dəstəkləyən və pərdə arxasında Cənubi Yəmən Hərəkatına qəyyumluq edən Səudiyyə Ərəbistanı arasında bir savaş meydanına çevrilib:

"Yəməndə gücün kimin əlində olması başda Səudiyyə Ərəbistanı olmaqla, Yaxın Şərqdə marağı olan güclər arasında çox böyük əhəmiyyətə malikdir. Bu, ilk növbədə son proseslərdən kifayət qədər güclü çıxa bilmiş İranı da maraqlandırır. Hətta bir faktı da qeyd edim ki, 2014-cü ilin oktyabrın ortalarında İran rəsmiləri açıq şəkildə Yəmən şiələrini güclənməyə və Hizbullahdan örnək götürməyə çağırıb. Bununla yanaşı, Ənsərullah Şiə Husi Hərəkatının tez bir zamanda gücləndirilməsinin əhəmiyyəti İranın Yəməndəki səfirinin dili ilə gündəmə gətirilib. Və nəticə göz qabağındadır: 2015-ci ilin yanvarının ikinci on günlüyündə Kral Abdullahın vəziyyətinin pisləşməsi ilə başlanan proses bir həftə içində Yəməndə "İran çevrilişi" ilə başa çatır. Yəmənin bu hala gəlməsində Səudiyyə Ərəbistanının "Müsləman Qardaşlar" qorxusu da ciddi rolu oynayır. Yəməndəki son proseslərlə Kral Abdullahın son günlərini yaşamasının eyni zamana təsadüf etməsi sübut edir ki, zamanlama dəqiq hesablanıb. Görünür, şiə İran indi nəinki Qırmızı dənizə, bəlkə də Oman dənizinə çıxış əldə etməyi özünə hədəf seçib".

Analitik Çinin də, nə zamansa, sosialist düşüncəyə malik Cənubi Yəmən Hərəkatı ilə təmasa keçə biləcəyi ehtimalını xüsusilə qeyd edib:

"Yəməndəki qarışıqlıq Çini məmnun edir. Çünki Yaxın Şərqdən özünə nəql edilən enerji qaynaqlarına həyati əhəmiyyət verən Çin bölgədəki qaynaqları tamamən özünə çəkməyi qarşısına məqsəd qoyub. Məhz bu baxımdan da xarici təsirlərə və çoxlu güc müdaxilələrinə səhnə olan, 25 milyonluq əhaliyə malik bu boyük torpağın yaxın zamanlarda bölgəsəl güc savaşının mərkəzində yer alacağı şübhəsizdir".

Tarix
2015.01.25 / 10:25
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

COP29-un bağlanış iclası: ikinci hissə keçirilir - Canlı

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla