Yuxarı

Rusiya Baş prokurorluğu Kadırovun müdafiəsinə qalxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Baş prokurorluğu Kadırovun müdafiəsinə qalxdı

Rusiya Baş prokurorluğu Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırovun müdafiəsinə qalxıb.

Publika.az BBC-nin rus xidmətinə istinadən xəbər verir ki, prokurorluq Kadırovun çeçen mücahidlərinin qohumları ilə bağlı bəyanatlarını qeyri-qanuni hesab etmədiyini açıqlayıb.

Qeyd edək ki, İşgəncələrə qarşı Komitənin sədri, Rusiya prezidenti yanında insan hüquqları üzrə şura üzvü İqor Kalyapin 2014-cü il dekabrın 9-da Kadırovun bəyanatları ilə əlaqədar tədbir görmək və vəzifə səlahiyyətlərini aşdığına görə cinayət işi qaldırmaq xahişi ilə Baş prokurorluq və Rusiya İstintaq Komitəsinə müraciət edib.

Ramzan Kadırov isə "Instagram" səhifəsində "Kalyapin quldurlar və onların qohumlarının müdafiəsinə qalxıb. Çeçenistan Respublikasında insan hüquqlarının müdafiəsi ilə mən məşğul oluram" yazaraq cavab vermişdi. O, həmçinin əlavə edib ki, hüquq müdafiəçinin terrorizmə kömək etməsindən şübhələnir: "Səlahiyyətli orqanlarda informasiya var ki, Əhməd Umarov Qərbin xüsusi xidmət orqanlarının pulunu Kalyapin soyadlı bir nəfərə verib. Yoxlamaq lazımdır ki, söhbət hansı Kalyapindən gedir".

Xatırladaq ki, 2014-cü ilin dekabrın 4-də silahlı qrup Qroznının mərkəzində polis əməkdaşlarına hücum etmişdi. Hadisədə ən azı 10 polis əməkdaşı öldürülmüşdü.

Kadırov isə hadisəyə görə silahlıların qohumlarının da cəzalandırılacağını açıqlamışdı: "Deyirlər ki, valideynlər oğulları və ya qızların hərəkətləri üçün cavab vermirlər. Mən rəsmən bildirirəm ki, bu dövrün sonu çatıb. Valideynlər oğulları və ya qızların hərəkətləri üçün cavab verəcəklər. Əgər Çeçenistan Respublikasında döyüşçü polis əməkdaşı və ya bir başqa insanı qətl edəcəksə, döyüşçünün ailəsi dərhal Çeçenistan sərhədlərindən çıxarılacaq və evləri bünövrəsi ilə birlikdə dağıdılacaq".

Dekabrın 13-də isə İşgəncələrə qarşı Komitənin Qroznıdakı ofisi yanıb. Hüquq müdafiəçiləri əmindirlər ki, ofis Kadırovun əmri ilə yandırılıb.

Tarix
2015.02.05 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Slovakiyanın müdafiə naziri ilə görüşdü

Ermənistana 1 milyardlıq silah: Abbasov niyə susmuşdu?

İlham Əliyev Bərzanini Azərbaycana dəvət etdi

İlham Əliyev Bərzani ilə görüşdü - Foto

İlham Əliyev və xanımı Almaniyada səfərdədir - Foto

Azərbaycan müstəqil siyasi kurs həyata keçirir

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü... - Video

“Mehdiyev işi”ndə kritik ad: “Şərq-Qərb” kimindir?

Nümayəndə heyətimiz quru yolla İrəvana getdi - İlk dəfə

İşarə verildi, bu şəxslər də həbs ediləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla