Yuxarı

“Nəticə hasil olmasa, ABŞ Ukraynaya silah göndərəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nəticə hasil olmasa, ABŞ Ukraynaya silah göndərəcək”

"ABŞ və onun Avropa üzrə müttəfiqləri - Fransa və Almaniya Ukrayna böhranının tənzimlənməsi istiqamətində intensivliyi xeyli gücləndiriblər".

Bunu Axar.az-a açıqlamasında politoloq Elman Nəsirli Rusiya, Fransa, Almaniya və Ukrayna liderlərinin bu gün Berlində baş tutacaq növbəti görüşünü şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, danışıqların konfidensiallığının qorunması Almaniya və Fransanın irəli sürdüyü təkliflərin özündə bir sıra yeni əsasları ehtiva etməsindən xəbər verir:

"Görüşlərin keçirilməsi münaqişənin hazırkı vəziyyətindən daha çox dondurulmasına xidmət göstərir. Hadisələrin gedişatı sübut edir ki, vəziyyətin bu cür saxlanılması müharibənin daha da alovlanmasına gətirib çıxara bilər. Münaqişənin istisi Avropanın digər ölkələrinə də gəlib çata bilər. Bu nöqteyi-nəzərdən belə görüşlərin əhəmiyyəti olduqca böyükdür. Heç bir nəticə hasil olmasa, belə olan vəziyyətdə ABŞ-ın Ukraynaya silah vermək təklifi də reallaşa bilər. Avropa təmsilçiləri hesab edirlər ki, bu cür vəziyyət artıq Ukraynadakı böhranın yeni bir mərhələyə keçməsinə gətirib çıxara bilər. Ona görə də bu son təmaslara xüsusilə böyük önəm verilir. Ukrayna problemi ilə bağlı danışıqlarda tərəflərin ortaq məxrəcə gəlməsinə dair ümidlər var. Əgər bu alınmasa, hadisələr ən qara və mürəkkəb ssenari üzrə inkişaf edə, belə olan halda isə Rusiyanın konfliktə artıq kənardan deyil, açıq şəkildə müdaxiləsi baş qaldıra bilər. Nəticədə, Avropanın işə qarışması ilə üçüncü dünya müharibəsi qaçılmaz ola bilər. Bu baxımdan da son dərəcə gərgin danışıqlar prosesində müəyyən kompromisin əldə olunması ehtimalları hazırda daha çoxdur".

Xatırladaq ki, bu gün Berlində Rusiya, Ukrayna, Almaniya və Fransa liderlərinin görüşü gözlənilir.

Tarix
2015.02.09 / 21:51
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycandan keçməklə Ermənistana taxıl göndəriləcək

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla