Yuxarı

İcra başçısına yeni cinayət işi qaldırıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcra başçısına yeni cinayət işi qaldırıldı

Dağıstan Federal Anti-inhisar Xidməti Dərbənd şəhərinin rəhbərinə qarşı iş qaldırıb.

Bu barədə Axar.az-a Dərbənd şəhərindəki həmyerlilərimiz məlumat veriblər. Məlumatda İmam Yaraliyevin rəqabət haqqında qanunu pozduğuna görə Mahaçkalanın ona iş qaldırdığı bildirilib.

Anti-inhisar Xidməti isə işə martın 19-da baxacağını deyib.

Qeyd edək ki, bundan öncə İmam Yaraliyevə qarşı Dağıstan Prezidenti Ramazan Abdulatipovun təşəbbüsü ilə cinayət işi qaldırılmışdı. Həmin zaman "Sadval" özünün əsas himayədarlarından hesab olunan Yaraliyevin müdafiəsinə qalxmışdı. Bunun ardınca isə Rusiya Prezidentinin Şimali Qafqaz üzrə nümayəndəsi Sergey Məlikovun Yaraliyevi sətiraltı müdafiə etməsi Abdulatipovun mövqelərini zəiflətmişdi. Məlikov və "Sadval"la yanaşı, məhşur ləzgi milyarder Süleyman Kərimovun da Yaraliyevə dəstəyi merdən narazı olan azərbaycanlıları çarəsiz şəkildə buraxmışdı.

Bütün bu təzyiqlərdən sonra Dərbənd məhkəməsi Yaraliyevə qarşı cinayət işini ləğv etsə də, Dağıstan Prokurorluğu vəsatətin təmin olunması üçün yenidən məhkəməyə müraciət edəcəklərini bildirmişdi.

Tarix
2015.02.25 / 23:56
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla