Yuxarı

Türkiyədən Almaniyaya: “Əfv etməyəcəyik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədən Almaniyaya: “Əfv etməyəcəyik”

Türkiyə Xarici İşlər Nazirliyi Almaniya Prezidenti Yoahim Qaukun 1915-ci il hadisələri ilə bağlı çıxışına sərt reaksiya verib.

Axar.az xəbər verir ki, XİN-in yaydığı bəyanatda Almaniya prezidentinin tarixi həqiqətlərə zidd hərəkət etdiyi bildirilib. Həmçinin yaxın günlərdə 1915-ci il hadisələri ilə bağlı qanun layihəsini müzakirə etməyi planlayan Bundestaqdan yanlış qərar verilməməsi xahiş olunub:

"Prezident Qaukun hüquqa və tarixi həqiqətlərə zidd şəkildə türk millətini törətmədiyi hadisəyə görə ittiham etməyə haqqı yoxdur. Türk tarixi və şəxsiyyəti türk-alman cəmiyyətinin ayrılmaz bir hissəsidir. Bu şəxsiyyəti qaralama cəhdlərinə bu cəmiyyətin fərdləri səssiz qalmayacaqlar. Türk xalqı Almaniya prezidentinin bu ifadələrini unutmayacaq və bağışlamayacaq. Həmçinin yaxın günlərdə 1915-ci il hadisələri ilə bağlı qanun layihəsini müzakirə etməyi planlayan Bundestaqın bu tarixi məsələ barədə tərəfsiz qalmasını, türk-alman əlaqələrinə zərər verəcək bir mövqe sərgiləməməsini xahiş edirik".

Qeyd edək ki, aprelin 23-də Almaniya Prezidenti Yoahim Qauk 1915-ci il hadisələrinin "soyqırım" olduğunu bildirib.

Tarix
2015.04.25 / 14:05
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

Milli Məclisin növbəti plenar iclası keçirilir

Azərbaycana hücumlar fonunda Ərdoğanın bu sözü...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla