Yuxarı

Hərbi gəmilər Fars körfəzinə irəliləyir: Müharibə?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi gəmilər Fars körfəzinə irəliləyir: Müharibə?

İranla ABŞ arasında gərginlik hər zaman olub, bu, təəccüblü hal deyil. Rəsmi Vaşinqtonun Fars körfəzinə hərbi gəmilərini göndərməsi də ənənəvi ABŞ siyasətidir. İstər İran, istərsə də ABŞ dəfələrlə bir-birinə güc nümayiş etdirsə də, bu, müharibəyə gətirib çıxarmayıb. Düşünmürəm ki, yaxın gələcəkdə belə bir şey baş versin.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu ABŞ-ın İraq səfirliyinə raket hücumundan sonra İsrail və ABŞ gəmilərinin Fars körfəzinə hərəkət etməsini şərh edərkən deyib.

O bildirib ki, Donald Trampın hakimiyyətdə olduğu 4 il ərzində İranla ABŞ-ın toqquşması ehtimalı daha yüksək idi:

“Çünki Tramp prezident olan kimi İranla nüvə razılaşmasından çıxdı, iki ölkə münasibətləri tarixinin ən gərgin dövrünü yaşadı. İranlı general Qasım Süleymaninin ölümü və İrana qarşı tətbiq edilən sanksiyalar iki ölkə arasında gərginliyi kuliminasiya nöqtəsinə çatdırdı.

İstənilən halda bütün bu və digər məsələlər İran-ABŞ, dolayı yolla İsrail-İran münasibətlərinə nə qədər ciddi zərər versə də, düşünmürəm ki, bu, müharibəyə səbəb olsun. Çünki İranla istənilən müharibənin nəticələri ağır ola bilər. Məsələ ondadır ki, bu, təkcə İran deyil, region ölkələri üçün də ciddi təhlükə deməkdir.

Bu gün əslində tərəflər arasındakı əsas gərginlik İranın Yaxın Şərqdəki aktiv siyasi fəaliyyətidir. Xüsusilə rejimin maliyyələşdirdiyi dini ideoloji qruplaşmalar ABŞ maraqlarına ziddir.

ABŞ-ın yeni Prezidenti Co Bayden də İrana qarşı sərt sanksiyaları dəstəkləsə də, müharibə variantını seçməyəcək. İsrailin özü belə İranla birbaşa qarşıdurmaya getməyəcək. Ümumiyyətlə, son zamanlar İsrail hansına bir müsəlman ölkəsi ilə qarşıdurmadan çox, yaxınlaşmağa üstünlük verir”.

Tarix
2020.12.24 / 09:13
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla