Yuxarı

NASA uçan boşqabı sınaqdan keçirdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NASA uçan boşqabı sınaqdan keçirdi - Video

Hava şəraiti səbəbi ilə bir neçə gün gecikmədən sonra dünyanın ən böyük helium şarı Havay ştatında hərbi bazadan sınaq üçün havaya qalxdı. Boşqaba bənzər cihaz Aşağı sıxlıqlı supersonik deselarator (Low-Density Supersonic Decelerator) adlanır.

"Amerikanın səsi" məlumat verir ki, cihaz araşdırma məqsədilə təkmilləşdirilmiş texnologiyaların Marsa göndərilməsi və Yer kürəsinə geri gətirilməsi üçün dizayn edilib.

Steve Jurczyk: "Bu yeni texnologiya 5 ton yük daşınmasına imkan verir. İnsanın idarə etdiyi kosmik missiyalar üçün 30 ton daşıması ehtimal edilir. Beləliklə bizim hazırda istifadə etdiyimiz paraşütün100-200 faiz daha da təkmilləşdirilməsi mümkündür. Bu, gələcəkdə sadəcə robotik missiyaları üçün deyil, Marsa insan göndərmək kimi missiyalar üçün çox əhəmiyyətlidir."

Alimlər deyir ki, Marsın ətrafındakı atmosfer qatı nazik olduğundan ağır və sürətli hərəkət edən fəza gəmiləri üçün daha möhkəm paraşüt tələb edilir.

IAN Clark: "Biz gələcək nəslin nəyə qadir ola biləcəyi, Mars kimi daha maraqlı missiyalara gedə biləcəiyini fikirləşdikdə başa düşdük ki, bunları edə biləcək texnologiyalara malik deyilik və bu gündən başlayaraq həmin texnologiyaların kəşfinə start verməliyik. Məsələn, səs sürəti ərzində hava ilə dldurula bilən bu cihazlar kimi yeni texnologiyalar."

Sınaqdan keçirilən paraşütün diametri 30 metr olub. Uçan nəlbəki adlanan cihaz 3 min kiloqram yük daşıyırdı. Bu, NASA-nın Marsa göndərdiyi robot fəza gəmisinin daşıya biləcəyindən iki dəfə artıqdır.

NASA sözçüsü bildirib ki, paraşütün açılmadığına görə sınaq baş tutmayıb. Keçən il də iyun ayında eyni problem üzündən sınaq baş tutmamışdı.

Tarix
2015.06.20 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

Bu nazirliyin tərkibi ilə bağlı vacib qərar

Bakı ilə sülh üçün Vaşinqtonda Paşinyana nə veriblər?

Avropa şokda: Rusmeyilli radikallar seçkini uddu - Nə baş verir?

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla