Yuxarı

Kalaçev: “İrəvan iğtişaşı hər şeyi müəyyənləşdirəcək”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kalaçev: “İrəvan iğtişaşı hər şeyi müəyyənləşdirəcək”

"Ermənistandakı aksiyalarla Maydanı eyniləşdirmək olmaz".

Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Konstantin Kalaçev söyləyib.

Onun sözlərinə görə, bu situasiyanın müxalifət tərəfindən necə dəyərləndiriləcəyini zaman göstərəcək:

"Burada sosial və siyasi etirazları ayırmaq lazımdır. İrəvandakı sosial etirazın nümunəsidir. Demək olar ki, 400 nəfərin tutulması Sərkisyanın populyarlığına zərbə vurmayacaq. Bu hadisələr və Maydan ayrı nöqtələrdə yerləşir. Ermənistan cəmiyyətinin elektrik enerjisinin qiymətinin qaldırılmasına sərt reaksiyası başadüşüləndir. İqtisadi böhran hər zaman sosial böhrana səbəb olub. Lakin sosial böhran heç də həmişə siyasi böhrana şərait yaratmır. İstənilən konflikt situasiyasında hər şeyi öz maraqlarınca istifadə etməyə çalışan siyasi qüvvələr meydana gəlir. Lakin bu artıq başqa məsələdir. Bu imkanı erməni müxalifətinin necə dəyərləndirəcəyi yaxın zamanlarda özünü göstərəcək. Rusiya Ermənistanın elektrik şəbəkələrini əlində saxlayır. Hələlik Rusiya KİV-i işin içində ABŞ fırıldağının axtarılması ilə məşğuldur. Bu, həqiqətən də problemdir. Etiraz aksiyalarında iştirak edib, iqtisadi tələb irəli sürənlərə situasiyanın siyasiləşdirilməsi xoş olmayacaq. Bu mənə görə, ciddi səhvdir. Rusiya hökumət, müxalifət və ictimai fikirlə işləməyi bacarmalıdırlar. Əgər Rusiya hər şeyin sonunda ABŞ-ın əlini axtarsa, bu, iki xalqın münasibətləri üçün kədərli ağ-qara filmə dönəcək".

Qeyd edək ki, bu gün Ermənistanın İrəvan və Gümrü şəhərlərində elektrik enerjisinin qaldırılmasına qarşı etiraz aksiyası keçirilib. Aksiya polis tərəfindən amansızlıqla dağıdılıb.

Ermənistandakı elektrik şəbəkəsi isə Rusiyanın "İnter RAO" holdinqinə məxsusdur.

Tarix
2015.06.24 / 10:11
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla