Yuxarı

Ağar bir təhlükə idi, onu mən qorudum - Mənsimov

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağar bir təhlükə idi, onu mən qorudum - Mənsimov

Ağar mənim üçün bir təhlükə idi. Mən onu qorudum.

Axar.az xəbər verir ki, bunu “Palmali” gəmiçilik şirkətinin sahibi, bir müddət əvvəl həbsdən çıxan azərbaycanlı iş adamı Mübariz Mənsimov Türkiyənin Xalq TV kanalına müsahibəsində keçmiş daxili işlər naziri Məhməd Ağardan danışarkən deyib.

"Məhməd bəyi böyük qardaşım kimi qəbul etdim. Çünki mənimlə həmişə turançılıqdan danışırdı. Millətçi olduğu üçün xoşuma gəldi. Dost olduq. Haqsız yerə onu içəri saldıqlarını düşündüm. Hər halda ilk görüşdəcə "Gəl, sənə ev verim" demədim. 6-7 il sonra verdim. Belə deyim: 2004-cü ildən sonra Ağarsız bir dəfə də olsun xaricə səfər etməmişəm. Bir gün belə ayrılmadıq. Demək olar ki, hər səhər onunla ofisə gedirdim. O da gəlirdi.

Ofisdən kənarda ona bir villa verdim. Öz ofisimdə bir otaq verdim. Deyirlər, xeyrinəmi verdin bunları? Ağar o illərdə nə xeyir verə bilərdi? Heç kim görmək istəmir, hamı qaçırdı. Deyirdilər ki, bu adamın nə işi var yanında, uzaqlaşdır.

Ağarın AKP dönəmində oğlu millət vəkili olmamışdan öncə nə çəkisi var idi? Həbsxanada olarkən, dövlət mühafizəçilərini götürmək istədi. Müəmmər Gülərdən (kemiş daxili işlər naziri - red.) xahiş etdim ki, mühafizəçilərinə dəyməsin. Onun mənə nə köməyi toxuna bilər? Tam əksinə, əmniyyətinə yardım etdim.

Maşın lazım oldu, verdik. Bina lazım oldu, tikdik. Ən azı, üçünü tikdirdim. Təmir etdiyim bir çox polis məntəqəsi var", - M.Mənsimov qeyd edib.

Mənsimov həbsxanada olarkən, Ağarın onu mühafizə xidməti ilə təmin etməsi barədə ünvanlanan sualı isə belə cavablandırıb:

"Tam əksinə, Ağarı PKK sevməz, digəri sevməz. Ağar mənim yanımda bir təhlükə idi. Mən onu qorudum".

M.Mənsimov Prezident Rəcəb Tayyib Ərdoğana Ağardan da yaxın olduğunu vurğulayıb:

"Ağar məndən əvvəl Tayyib bəyi tanıyır, amma məndən yaxın olduğunu düşünmürəm. Bir çox nazirin "Gəlirsənsə, Ağarı gətirmə" dediyini xatırlayıram.

Qardaş dediyiniz adamdan pul alınarmı? Ağarla tanış olanda prezidenti, baş naziri, nazirləri və bürokratiyanı tanıyırdım. Düşünürəm ki, Ağardan daha yaxşı dostluq münasibətlərim var. Hökumətdə məndən güclü olduğunu da düşünmürəm".

Tarix
2021.09.06 / 19:05
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Yaxın zamanda Zəngəzur dəhlizi açılacaq - Səfir

Azərbaycan və ABŞ strateji tərəfdaşlığı nəzərdən keçirir - Hacıyev

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla