Yuxarı

Bu NATO ölkəsi Bakı ilə hərbi sənəd imzalayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu NATO ölkəsi Bakı ilə hərbi sənəd imzalayır

Latviya Nazirlər Kabinetinin sabahkı iclasında Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq üzrə sənədlər paketi müzakirəyə çıxarılacaq.

Axar.az xəbər verir ki, bu məlumatı “Bb.lv” saytı yayıb. Məlumata görə, sənədi Latviya müdafiə naziri Artis Pabriks təqdim edəcək. Müzakirəyə təqdim edilən sənədin konfidensial xarakter daşımadığı bildirilib.

Yeni sənəddə Azərbaycanla Latviya arasındakı əməkdaşlığın milli maraqlara xidmət etdiyi və heç bir üçüncü dövlətə qarşı yönəlmədiyi vurğulanıb. Ümumilikdə sənəddə 15 istiqamətdə əməkdaşlığın müəyyən edildiyi bildirilib. Bunlar sırasında siyasətdən dalğıcların hazırlığı strategiyaya qədər, bir sıra istiqamətlərin yer aldığı qeyd edilib.

Tərəflərin hərbi sənaye kompleksi sferasında, hərbi geodeziya, topoqrafiya, informasiyası və meteorologiya, hərbi tibb, logistika sahəsində də qarşılıqlı fəaliyyəti gücləndirmək niyyətində olduğu bildirilib.

Bundan başqa tərəflərin hər il tədbirlər planı hazırlayacağı və qarşılıqlı səfərlər təşkil edəcəyi deyilib.

Sayt sənədin NATO rəhbərliyi ilə razılaşdırıldığını yazıb. Üstəlik, bunun sayəsində Bakıya dəstəyin verildiyi vurğulanıb.

Tarix
2021.09.13 / 13:26
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla