Yuxarı

Türkiyə Suriyaya 12 minlik ordu yeridir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Suriyaya 12 minlik ordu yeridir

ABŞ ilə Türkiyə arasında davam edən uzunmüddətli danışıqlardan sonra "təmiz bölgə" üçün ilk addım atılıb.

Publika.az xəbər verir ki, Azad Suriya Ordusunun 9800 nəfərlik gücü bölgəyə yerləşdiriləcək.

Türkiyə ABŞ-ın dəstəyi ilə Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılmasını istəsə də, Birləşmiş Millətlər Təşkilatında (BMT) Rusiya və Çin vetosu bu barədə qərarın qəbuluna əngəl olmuşdu. Bundan sonra isə "təmiz bölgə" formulu ortaya çıxıb. Aparılan danışıqlarda koalisiya güclərinin dəstəyi ilə Suriyada belə bir bölgənin yaradılması barədə razılıq əldə edilib.

Suriyanın 45 kilometr dərinliyinə daxil olacaq "təmiz bölgə" 110 kilometr uzunluğunda olacaq. ABŞ isə PYD-yə (PKK terror təşkilatının Suriya qolu) bölgənin şərq sərhədi olan Firat çayının qərb tərəfinə keçməməsi barədə xəbərdarlıq edib.

Türkiyə "təmiz bölgə"nin izlənilməsi üçün 9 müşahidə mərkəzini yaratmağı planlaşdırır. Cənubi Livan modeli olaraq tanınan bölgəyə Türkiyə Hərbi Hava Qüvvələri də nəzarət edəcək. Sərhəd xəttindən Türkiyəyə mümkün təhdidlərin artacağı halda hazır vəziyyətdə dayanacaq 12 minlik hərbi qüvvə Suriyaya daxil olacaq.

"Təmiz bölgə" ilə bağlı nəzərdə tutulanlar planlaşdırıldığı kimi həyata keçirilsə, 2016-cı il fevral, yaxud da mart ayından etibarən Suriya vətəndaşlarının bölgəyə girişi təmin ediləcək.

Tarix
2015.08.13 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

İslamın yanlış təqdim edilməsi... - XİN

Türkiyə və Azərbaycan diplomatları Suriyada görüşdülər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla