Yuxarı

Bu gün Türkiyənin taleyinə qərar verilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Türkiyənin taleyinə qərar verilir

Bu gün Türkiyədə bütün nəzərlər AKP-MHP dialoquna yönəlib. Siyasi təhlilçilər Baş nazir Əhməd Davudoğlu ilə MHP lideri Dövlət Baxçalının görüşündə koalisiya hökuməti qurulması razılaşdırılmasa, nələr olacağı sualına cavablar axtarır.

Axar.az-ın xəbərinə görə, "Hüriyyət" qəzetində dərc olunan məqalədə bu konteksdə qoyulan sual təhlil olunub.

Konstitusiyanın verdiyi möhlətə görə, 45 gün ərzində hökumət qurulmalıdır və avqustun 23-də bu müddət başa çatır. MHP-nin isə koalisiya hökuməti qurulması qarşılığında 4 şərt irəli sürməsi danışıqları yenidən mürəkkəb müstəviyə keçirib. Əgər dialoq uğursuz nəticələnsə, erkən seçkilərin keçirilməsi haqda qərarın verilməsi səlahiyyəti parlamentdən alınmalıdır. Bu təşəbbüsü reallaşdırmaq parlamentin növbədənkənar toplantıya çağırılması ilə mümkün ola bilər.

Təcili keçiriləcək toplantıda erkən seçkilər barədə qərar verilməlidir. Türkiyənin erkən seçkilərini AKP təşkil edəcək.

Digər bir çıxış yolu isə parlamentdə təmsil olunan partiyalardan ibarət "seçim hökuməti" formalaşdırmaqdır.

Bu hökumətdə partiyalar nazirliklərdə təmsil olunmaq səlahiyyəti qazanır. Əgər bir partiya razılaşmırsa, Prezident Tayyib Ərdoğan bu boşluğu parlamentdən kənarda olan siyasi partiya ilə kompensasiya edə bilər.

Tarix
2015.08.17 / 18:54
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

Şahin Şıxlınskiyə 23 il həbs tələb edildi

Peter Pelleqrini Qarabağa səfər edəcək

İlham Əliyev Çin sədrini təbrik etdi

Volqoqraddan Azərbaycana 4,7 min ton buğda gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla