Temperatur 20 dərəcəyə yüksələcək
12:47
| Ana səhifə Planet |
|
"Miq" korporasiyasının baş direktoru Sergey Korotkov Rusiyanın Suriyaya döyüş təyyarələri göndərməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Axar.az xəbər verir ki, Suriyaya MiQ-31 reaktivlərinin göndərilmədiyini deyən Korotkov Misirə təyyarə satışını da inkar edib:
"Suriyaya döyüş təyyarələri göndərməmişik. Təyyarələri orada istifadə etmək kimi bir planımız yoxdur. Hazırda sifariş portfelimiz 4 milyard dollardır. İstehsal gücümüz də artır. Bu il Müdafiə Nazirliyi və xarici müştərilərimiz üçün 32 təyyarə göndərəcəyik. Məsələn, Hindistan. Bu ölkəyə 8 təyyarə göndərəcəyik".
|
Tarix
2015.08.22 / 15:55
|
Müəllif
Şəmsəddin Ənsar
|