Yuxarı

Lavrovdan jurnalistə: Get tovuzquşu ilə danış - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovdan jurnalistə: Get tovuzquşu ilə danış - Video

Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 13-də onun iştirakı ilə MDB Xarici İşlər Nazirləri Şurasının iclasının keçirildiyi Tacikistanın paytaxtı Düşənbədə jurnalistlərə qarşı kobudluq edib.

Axar.az Report-a istinadən xəbər verir ki, görüşdən və S.Lavrovun mətbuat konfransından sonra “Current Time” telekanalının müxbiri hökumət iqamətgahı xiyabanı boyu heyəti ilə birgə hərəkət edən nazirə sual verməyə çalışıb. Lakin jurnalistin sual vermək cəhdinə ilk növbədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova reaksiya verib. Jurnalistin mətbuat konfrasında iştirak etmədiyini vurğulayan sözçü ona bildirib: “Siz gəlib iştirak edə bilərdiniz”.

Telekanal müxbiri isə tədbirə buraxılmadığını və bunun Mariya Zaxarovanın tapşırığı əsasında olduğunu qeyd edib. XİN-in sözçüsü cavab olaraq məsələdən bixəbər olduğunu söyləyib.

XİN başçısı Sergey Lavrov isə jurnalistə üz tutaraq “Get tovuzquşu ilə danış” deyib.

Telekanaldan bildirilib ki, MDB ölkələrinin xarici işlər nazirlərinin görüşü bağlı qapılar arxasında keçirilib və BBC-nin, “Azadlıq Radiosu”nun tacik xidmətinin və “Current Time”ın müxbirləri izahat verilmədən mətbuat konfransına buraxılmayıb.

Qeyd edək ki, Tacikistan hökumətinin iqamətgahı ərazisində tovuz quşları yaşayır və insident zamanı onların oxumalarının səsi gəlirdi.

Xatırladaq ki, bu, Rusiya xarici işlər nazirinin jurnalistlərə qarşı ilk kobudluğu deyil. Daha öncə o, media nümayəndələrini dəfələrlə “debil” adlandırıb.

Tarix
2022.05.14 / 00:56
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla