Müharibəyə səbəb Putindir, aradan qaldırılmalıdır - Diplomat
07:00
| Ana səhifə Planet |
|
15:19
Avstriya ordusunun hərbçiləri Türkiyədə zəlzələ zonasında xilasetmə işlərini müvəqqəti dayandırıb.
Axar.az xəbər verir ki, bu barədə Avstriya Silahlı Qüvvələrinin polkovnik-leytenantı Piyer Kuqelveys məlumat verib.
O bildirib ki, bölgədə silahlı qruplaşmalar arasında baş verən atışmaya görə belə bir qərar qəbul edilib:
“Bu cür hadisələr axtarış-xilasetmə işlərinə mane olur. Biz kömək etmək istərdik, amma vəziyyət belədir”.
P.Kuqelveys eyni zamanda vurğulayıb ki, Avstriya ordusuna qarşı heç bir hücum olunmayıb.
***
Avstriya hərbçiləri xilasetmə əməliyyatını bərpa ediblər.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türkiyə ordusu xilasetmə kontingentinin mühafizəsini öz üzərinə götürüb.
|
Tarix
2023.02.11 / 23:19
|
Müəllif
Samir Soltanov
|