
Suriyada nazirə sui-qəsd cəhdi: Şara Dəməşqi tərk etdi
09:30
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Bu gün saat 10:00-dan “Keşlə” QPS-də dörd ədəd istismara yararsız siyirtmənin yenisilə əvəz olunması və “Qaz İxrac” İdarəsi tərəfindən saat 09:00-dan “Göyçay-1” QPS-də iki ədəd istismara yararsız siyirtmənin demontaj olunaraq əvəzinə yeni siyirtmənin quraşdırılması ilə əlaqədar qaz təchizatı dayandırılacaq.
Axar.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Təmir-quraşdırma işləri aparılan müddətdə Xətai rayonunun S.Vəzirov, N.Əliyev, S.Sinuşkin, Y.Səfərov, A.İsmayılov, F.Bayramov, M.Rəfibəyli, M.Mehdizadə, S.Orucov küçələrinin, Ağ Şəhər, Babək və Xocalı prospektlərinin, eləcə də Göyçay rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Tarix
2023.09.07 / 01:25
|
Müəllif
Axar.az
|