
Qubada qanunsuz tikili söküldü - Video
11:12
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
İsrail ordusu Qəzza zolağının sakinlərini cənuba təxliyə olunmaları barədə müxtəlif kanallar vasitəsilə xəbərdar etmək üçün milyonlarla cəhd edib.
Axar.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü, briqada generalı Daniel Haqari deyib.
"Görə bilərsiniz ki, biz milyonlarla dəfə qəzzalıları cənuba getməyə çağırmışıq", - deyə o bildirib.
O qeyd edib ki, Qəzza zolağında təxliyə üçün mümkün dəhlizlər barədə havadan 1,5 milyondan çox vərəqə atılıb, həmçinin 20 minə yaxın telefon zəngi edilib, dörd milyondan çox SMS göndərilib.
Tarix
2023.11.05 / 20:08
|
Müəllif
Axar.az
|