Yuxarı

Axar.Az Logo carnation

Serj Sərkisyanın dindirilməsi tələb edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Serj Sərkisyanın dindirilməsi tələb edildi

Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts Ermənistanın Baş Prokurorluğuna müraciət edərək 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktına dair iş üzrə prezident Serj Sərkisyanın dindirilməsini tələb edib.

APA-nın "1in.am"-a istinadən verdiyi xəbərə görə, ötən gün "Respublika" partiyasının rəhbəri Aram Sarqsyan yerli telekanalların efirində 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror aktını şərh edərkən bildirib ki, Serj Sərkisyan vaxtilə ona qeyd olunan cinayətin təşkilatçısının kim olduğunu nə vaxtsa açıqlayacağını etiraf edib.

Artur Sakuntsun sözlərinə görə, Serj Sərkisyan nəticəsiz qala bilməyən çox mühüm faktı qeyd edib.

"Bu bəyanata əsasən, dövlətin əsas rəsmi yüksəkvəzifəli şəxsi cinayət barədə məlumatı gizlədib, bu isə cinayət məsuliyyətinə cəlb etmək üçün əsas verir. Bu, iş üzrə yeni faktın üzə çıxmasıdır və baş prokuror bu bəyanatın araşdırılmasına və Serj Sərkisyanın dərhal dindirilməsinə dair Milli Təhlükəsizlik Xidmətinə göstəriş verməyə borcludur. Bundan başqa, məsələ ilə bağlı parlamentdə xüsusi toplantı çağırılmalıdır və Serj Sərkisyan parlament qarşısında izahat verməlidir", deyə Artur Sakunts bildirib.

Qeyd edək ki, Serj Sərkisyanın dindirilməsinə dair tələb Helsinki Vətəndaş Assambleyasının Vanadzor Ofisinin rəhbəri adından artıq Ermənistanın Baş Prokurorluğuna göndərilib.

1999-cu il oktyabrın 27-də bir qrup silahlı şəxs Ermənistan parlamentinin binasına daxil olaraq baş nazir Vazgen Sərkisyanı, spiker Karen Dəmirçyanı, iki vitsü-spikeri, operativ məsələlər üzrə naziri və üç deputatı qətlə yetiriblər.

Tarix
2016.02.09 / 22:45
Müəllif
Axar.az
Digər xəbərlər

Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

Bu, Bakının mühüm jestidir - Rubio

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

Nəsimi "Qurtuluş"dan getməsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla