Yuxarı

Zelenski Zalujnını belə "aradan götürdü"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenski Zalujnını belə "aradan götürdü"

Ukraynanın “Avropa Həmrəyliyi” partiyasından olan deputatı Vladimir Aryev Prezident Vladimir Zelenskinin Valeri Zalujnının Britaniyaya səfir təyin edilməsi ilə razılığını siyasi oyun kimi dəyərləndirib.

Axar.az xəbər verir ki, deputat razılığın hələ təyinat anlamına gəlmədiyini bildirib.

Onun sözlərinə görə, bu, sadəcə prosedurun başlanğıcıdır və hələ ki, təyinatla bağlı prezidentin sərəncamı yoxdur.

Aryev qeyd edib ki, adətən prosedurun başlanması heç vaxt elan olunmur:

"Buna görə də bu hekayə diplomatiya haqqında deyil, siyasət və siyasi rəqibin aradan qaldırılması texnikası haqqındadır".

Qeyd edək ki, ötən gün Prezident Zelenskinin ordunun sabiq baş komandanı Valeri Zalujnını Britaniyaya səfir göndərməyə razılaşdığı, artıq Londona aqreman üçün sorğu göndərildiyi haqda məlumat yayılıb.

Tarix
2024.03.08 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla