PYD terror təşkilatının nəzarətində olan Suriyanın
Kobani bölgəsindən 2 kamikadze Türkiyəyə gəlib.
Publika.az "Milliyyət" nəşrinə istinadən
xəbər verir ki, kəşfiyyat qurumları fevralın 17-də Ankarada
törədilən terror aktından əvvəl Kobani ilə bağlantısı olan 2
kamikadzenin Türkiyədə olduğunu müəyyənləşdirib.
Fevral ayının ilk həftəsində "Serfinaz" kod adından istifadə
edən Ramazan Turanın partlayışı maddələr üzrə mütəxəssis olduğu
müəyyənləşdirilib. Bundan başqa, "Soren" ve "Dalika" kod adları
olan Rəcəb Ekenin bu ilin bahar aylarında Türkiyədə genişmiqyaslı
terror aktları həyata keçirmək istədiyi məlum olub.
Kəşfiyyat qurumlarının xəbərdarlığından sonra Ankara valiliyi
hərəkətə keçib. Valilik xüsusilə Türkiyə Böyük Millət Məclisi,
hərbi obyektlər, xarici ölkələrin diplomatik nümayəndəlikləri,
turizm obyektləri, Esenboğa hava limanı, ibadət yerləri, metro
stansiyaları, ticarət mərkəzləri kimi nöqtələrdə təhlükəsizlik
tədbirlərini gücləndirib.
Kəşfiyyat qurumlarının təhlükəsizlik güclərinə göndərdiyi başqa
bir yazıda Şırnak vilayətinin Uludərə mahalına gələn "Mordem" kod
adlı İrfan Bakırın PYD liderlərinin təlimatı ilə Türkiyənin böyük
şəhərlərinə terror aktlarının törədilməsi üçün göndəriləcəyi
açıqlanıb. Məlumata görə, PYD lideri Saleh Müslimə bağlı kürd
qrupları terror fəaliyyətinə açıq dəstək verir. Yanvarın 6-da
təhlükəsizlik güclərinə göndərilən yazıda Türkiyədə terror aktları
həyata keçirmək istəyən 14 terrorçunun adı açıqlanıb: Süheyl
Muhsin, Mezil Yunis, Haydar İsa, Ali Əl Ali, Huhayyed Muhayyar,
Nadir İbrahim, Leys Muhiddin, Basil Meyve, Tarık Karam, Zahir
Hahıf, Hasan Mansur, Fərid Bəkir, Sehnan Seyya ve Rainiz
Haydar.
Qeyd edək ki, Türkiyə ilə bağlı "Bahar planı"na dair
informasiyalar hələ fevralın əvvəlində ortaya çıxıb. Türkiyə Milli
İstihbarat Təşkilatı (MİT) Xalq Qurtuluş Partiyası-Cəbhəsi
(DHKP-C), Marksist-Leninçi Kommunist Partiyası (MLKP), TİKKO və
İnqilabçı Qərargah terror təşkilatlarının qanlı planlarını ifşa
edib. Məlumata görə, terror təşkilatları Qəndildə PKK ilə görüşərək
yazda böyük səs-küy gətirəcək terror aktlarının həyata keçirilməsi
barədə razılaşıblar.
MİT və Türkiyə Milli Kəşfiyyat İdarəsi planlaşdırılan terror
aktları barədə hesabat hazırlayaraq Daxili İşlər Nazirliyinə təqdim
edib. Məlumata görə, DHKP-C, MLKP, TİKKO, PKK və İnqilabçı Qərargah
terror təşkilatlarının nümayəndələri yanvarın 15-də Qəndildə
görüşüb. Görüşdə PKK-nın Türkiyənin qərb vilayətlərinə göndərdiyi
"fədai taqımları" ilə terror təşkilatlarının "ortaq strategiya"
həyata keçirilməsi razılaşdırılıb. Böyük vilayətlərdə partlayıcı
yüklü avtomobillərdən istifadə edilməsi mövzusunda razılıq əldə
olunub.
Hesabata görə, "terror ittifaqı" Diyarbəkr, Şırnak, Hakkari,
Batman, Sirt, Mardin, Muş və Ağrı vilayətlərində mart ayının ilk
həftəsindən başlayaraq terror aktları həyata keçirməyi
planlaşdırır. Məqsəd sözügedən ərazilərdə "azad edilmiş" bölgə elan
etməkdir.
İddiaya görə, "Bahar planı"nın bir başqa məqsədi Suriyanın
şimalında kürd dövlətinin qurulması üçün zaman qazanmaqdır.
Bildirilir ki, baharda İraq və Suriyadan 10 min PKK-lı Türkiyəyə
gələcək. Kəşfiyyatın əldə etdiyi məlumatda deyilir ki, PKK-nın
"xəndək siyasəti" və terror aktlarınin məqsədi yeni Suriya xəritəsi
çəkilərkən Türkiyənin masada olmasına imkan verməməkdir. Plana
görə, Türkiyə şəhərlərdəki xəndəklərlə məşğul olduğu bir vaxtda
Suriyanın şimalında heç bir əməliyyat keçirə bilməyəcək.