Yuxarı

Putinin adamı Bakı və Tiflis arasında... - Qalmaqal

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin adamı Bakı və Tiflis arasında... - Qalmaqal

Gürcüstanın ictimai-siyasi mühitində növbəti qalmaqal baş verib.

Axar.az yerli mediaya istinadən xəbər verir ki, Rusiya lideri Vladimir Putinə yaxınlığı ilə seçilən iş adamı, gürcü əsilli David Xidaşeli təxminən 4 il ərzində aylıq min lari maaşla Gürcüstan müdafiə nazirinin müşaviri olub.

Yayılan məlumatları Gürcüstan Müdafiə Nazirliyi də təsdiqləyib və bildirib ki, 2020-2024-cü illərdə Xidaşeli əvvəlcə İrakli Qaribaşvili, daha sonra isə Cuanşer Burçuladzenin müşaviri vəzifəsini icra edib.

Burçuladzenin açıqlamasına görə, Xidaşeli Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ məbədi (David Qareci) ilə bağlı məsələhətləşmələrdə iştirak edib və bununla bağlı onun fikirləri də öyrənilib.

Xidaşeli özü də informasiyanı təsdiqləyib. Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası məsələləri ilə məşğul olub və məsləhətləşmələrə görə heç bir ödəniş almayıb.

Qeyd edək ki, Xidaşelinin belə bir mühüm vəzifəni icra etməsi Gürcüstan müxalif dairələrində etiraz doğurub. Belə ki, dövlət sirri sayılacaq məlumatların Rusiya vətəndaşının əlinə keçə biləcəyindən ciddi narahatlıq ifadə olunub.

Tarix
2024.03.16 / 09:09
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla