Yuxarı

İcrasına 20 dəqiqə qalmış edam hökmü ləğv edildi - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İcrasına 20 dəqiqə qalmış edam hökmü ləğv edildi - Foto

ABŞ-da edamın icrasına 20 dəqiqə qalmış cəza təxirə salınıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Texasda baş verib.

Bildirilib ki, Ruben Qutyerres adlı məhkum Braunsvil şəhərində 85 yaşlı Eskolastika Harrisonun qətlində təqsirli bilinib. Prokurorlar iddia ediblər ki, mobil evlər parkının meneceri və keçmiş müəllimənin qətli, onun banklara inanmadığı üçün evində gizlətdiyi 600 000 dollardan çox pulu oğurlamaq sxeminin bir hissəsi olub.

Qətl 1998-ci ildə baş verib, 47 yaşlı məhbus da həmin vaxtdan bəri ölüm kamerasında inyeksiya hökmünün icrasını gözləyib. O, uzun müddətdir ki, yaşlı qadının ölümündə günahkar olmadığını iddia edib və DNT testinin keçirilməsini tələb edib.

Ali Məhkəmə edama 20 dəqiqə qalmış hökmün icrasını təxirə salıb. Məhkəmənin qısa qərarında deyilir ki, hökmün icrasının dayandırılması hakimlər onun apellyasiyasına baxıb-baxmamaq barədə qərar verənə qədər qüvvədə qalacaq. Əgər məhkəmə müraciəti rədd edərsə, hökmün icrasının təxirə salınması avtomatik olaraq ləğv ediləcək.

Tarix
2024.07.17 / 17:57
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla