ABŞ İrana növbəti sanksiyalar tətbiq etdi
22:10
| Ana səhifə Planet |
|
ABŞ-ın eks-prezidenti Donald Tramp Mar-a-Laqo basqını ilə əlaqədar Ədliyyə Departamentini məhkəməyə verməyi planlaşdırır.
Axar.az xəbər verir ki, o, 2022-ci ildə onun Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahına təşkil olunmuş reydə görə hökumətdən 100 milyon dollar təzminat tələb edəcək. Onun vəkilləri bu addımın açıq siyasi təqib olduğunu iddia edirlər.
Qeyd edək ki, 2022-ci il avqustun 8-də Federal Tədqiqatlar Bürosu Mar-a-Laqoya basqın təşkil edərək iqamətgahdan sənədləri götürüb. Basqından sonra Donald Tramp 37 ağır cinayətdə, o cümlədən milli müdafiə məlumatlarını qəsdən saxlamaqda, ədalətə mane olmaqda və yalan ifadələr verməkdə ittiham edilib. Lakin Tramp heç bir ittiham üzrə özünü təqsirli bilməyib.
|
Tarix
2024.08.12 / 19:36
|
Müəllif
Axar.az
|