Yuxarı

Gəncədə 11 milyon manat artıq xərc aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə 11 milyon manat artıq xərc aşkarlandı

Hesablama Palatası Gəncədə 11 milyona yaxın artıq xərclər aşkarlayıb.

Axar.az xəbər verir ki, bu barədə Palatanın "Dövlət auditi" bülletenində bildirilir.

Məlumata görə, Gəncə şəhərində yolların əsaslı təmiri, abadlıq işləri, "Gəncə İdman Sarayı"nın tikintisi, eləcə də qəza vəziyyətində olan yataqxana və yaşayış binalarından köçürüləcək sakinlər üçün 249 mənzilli yaşayış binasının inşası üzrə audit aparılıb. Audit 1 yanvar 2023-cü ildən 1 iyul 2025-ci ilə qədər dövrü, ümumilikdə 192 milyon manat vəsaiti əhatə edib.

Audit nəticəsində müəyyən olunub ki, "Gəncə şəhəri, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal-qərbində" inşa olunan yaşayış binası üzrə artıq iş həcmlərinin smeta sənədlərinə, müqavilənin qiymət cədvəlinə və yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxil edilməsi müqavilə dəyərinin 79 371 manat artırılmasına və podratçıya artıq vəsait ödənilməsinə səbəb olub. Eyni obyekt üzrə işlərin həcmi və dəyərinin ümumilikdə 1 279 485 manat artırıldığı da müəyyən edilib.

Bundan başqa, mənzil fondunun əsaslı təmiri üzrə işlərin dəyərinin 2023-cü ildə 144 278 manat, 2024-cü ildə isə 258 198 manat artırıldığı bildirilib.

Auditdə qeyd olunub ki, "Gəncə İdman Sarayı"nın tikintisi üzrə torpaq və bünövrə işlərinin sonradan yeni dəyərlə təkrar daxil edilməsi müqavilə dəyərinin 6 164 850,38 manat artırılması ilə nəticələnib. Eyni zamanda layihə üzrə smetada nəzərdə tutulmayan bəzi avadanlıqların alınması və digər uyğunsuzluqlar işlərin dəyərinin əlavə olaraq 3 355 323 manat artmasına səbəb olub.

Hesablama Palatası həmçinin bildirib ki, yerində baxış zamanı artıq göstərildiyi müəyyən edilmiş 252,7 min manat dəyərində iş həcmləri dövlət büdcəsinə ödənilməklə bərpa edilib.

Bununla yanaşı, yolların əsaslı təmiri ilə bağlı podratçılarla bağlanmış müqavilələr üzrə 2 halda 19 milyon 912 min manat dəyərində işlərin başa çatdırıldığı qeyd olunub.

Tarix
2026.04.21 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Belarusa ATƏT PA-da dəstək verdi

Televiziya son 10 ilini yaşayır - Qasımov

Prezidentin qərarı bu sahənin inkişafına təkan olacaq - Video

Rusiyada xristianları oruc tutmağa çağırdılar - Qalmaqal

ABŞ səfirliyi buna görə Azərbaycana təşəkkür etdi - Foto

DJ Tural izah etdi: Arzumun günahı yoxdur - Video

Türkiyədən Ermənistanla bağlı “sürətli” qərar - Nə baş verir?

Artıq Azərbaycanla Ermənistan sülh şəraitində yaşayır

İlham Əliyev Trampı təbrik etdi

Azərbaycan ABŞ-ı təbrik etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla