Yuxarı

“Dördgünlük müharibə” İrəvan rejimini laxlatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Dördgünlük müharibə” İrəvan rejimini laxlatdı

Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağda baş verən "dördgünlük müharibə"dən sonra keçmiş prezident Levon-Ter Petrosyana tez-tez zəng edir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti yazıb.

Qəzetin məlumatına görə, "dördgünlük müharibə" zamanı Petrosyanla görüşən Sərkisyan həmin görüşdən sonra daha sıx şəkildə Levonla əlaqə saxlayır.

"Sərkisyanın Levonla tez-tez nəyi müzakirə etdiyi dəqiq məlum deyil. Lakin ekspertlər bir sıra ehtimalları irəli sürürlər", - qəzet qeyd edib.

1. "Dördgünlük müharibə" Serj Sərkisyanın kreslosunu laxladıb və bundan istifadə edərək, hakimiyyətə gəlmək istəyən Koçaryana qarşı Petrosyanla yaxınlaşmaq niyyətindədir.

Qeyd edək ki, dünən axşam saatlarında Ermənistanın keçmiş prezidenti Robert Koçaryana məxsus malikanəyə qumbara atılıb. Ermənistan mediası xəbər verir ki, qumbara atan şəxslərin kimliyi məlum deyil. Məlumata görə, hadisə İrəvanın İsakova prospektində baş verib. Hücum zamanı xəsarət alan olmayıb. Hadisənin detalları məlum olmasa da, bunun siyasi mesaj olduğunu düşünənlər var. Belə ki, R. Koçaryanın yenidən hakimiyyətə qayıtmaq üçün hərəkətə keçdiyi deyilir. Atılan qumbara da məhz Serj Sərkisyan klanının ona mesajı kimi qiymətləndirilir. Hadisə baş verən zaman Koçaryanın Moskvada səfərdə olması da diqqətdən yayınmır.

2. "Dördgünlük müharibə"də Serj Sərkisyan hakimiyyətinin idarə etdiyi Ermənistana digər ölkələrdən dəstək gəlmədi. Bu, Sərkisyan hakimiyyətinin ölkənin təklənməsi ilə nəticələnən siyasət yürütdüyünü sübut etdi. İndi Sərkisyan keçmiş prezidentlə tez-tez əlaqə yaratmaqla ölkə daxilində monolitliyi bərpa etmək istəyir. Bu, həm də onun öz hakimiyyətini qorumaq məqsədi daşıyır.

Tarix
2016.04.16 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla